Prezident İlham Əliyev xüsusi qəbulda iştirak edib

17-01-2017, 09:55
298

Prezident İlham Əliyev xüsusi qəbulda iştirak edibDünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından yanvarın 16-da Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbul təşkil olunub. Qəbulda prezident İlham Əliyev də iştirak edib.

Dövlət başçısı İlham Əliyev tədbir çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.

Qeyd edək ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etmişdi.

   //Modern.az