Novruz Aslanov təbliğat-təşviqata başlayıb - FOTOLAR

10-10-2015, 12:08
1 303

Novruz Aslanov hər gün İsmayıllı rayonunun müxtəlif kəndlərində seçicilərlə görüşlər keçirəcək

Yerli sakinlər Novruz Aslanovu çox səmimi qarşılayıb
 Novruz Aslanov təbliğat-təşviqata başlayıb - FOTOLAROktyabrın 9-da 86 saylı İsmayıllı seçki dairəsindən Milli Məclisin deputatlığına namizəd Novruz Aslanov seçki kampaniyasını ilk olaraq rayonun ən ucqar dağ kənlərində seçiciləri ilə görüşlərlə başlayıb.

Öncə Əhən kəndindən başlayaraq ardıcıl olaraq, Lahıc qəsəbəsində ətrafda yerləşən Ərəgit, Brovdal, Candahar kəndlərinin də sakinlərinin iştirakı ilə, günün ikinci yarısında Təzəkənd və Yeniyol kəndlərinin seçiciləri ilə görüşlər keçirilib. Lahıc qəsəbəsində 225 nəfər, Əhən kəndində 155 nəfər, Təzəkənddə 186 nəfər, Yeniyol kəndində 128 nəfər seçici Novruz Aslanovla görüşə gəlib.

Görüşlərdə yerli sakinlər N. Aslanovu çox səmimi qarşılayaraq ona havanın əlverişsiz olmağına baxmayaraq onların görüşünə gəlməsindən məmnun olduqlarını və təşəkkürlərini bildiriblər.

Bütün kəndlərdə keçirilən görüşlərdə seçicilər N. Aslanova onlar üçün gördüyü işləri bir daha xatırladaraq ona bu seçki prosesində də uğurlar arzulayıb və bu seçkilərdə də onu dəstəkləyəcəklərini vurğulayıblar.

Ötən illər ərzində N. Aslanovun bu kəndlərin əhalisi üçün gördüyü işləri, işlərin bundan sonra da davam edəcəyinə inandıqlarını bildiriblər. Novruz Aslanov da öz növbəsində səmimi münasibətə görə sakinlərə öz təşəkkürünü bildirib, dövlətin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlardan, özünün platformasından söhbət açıb. Sakinlər dövlətin həyata keçirdiyi siyasəti hər zaman dəstəklədiklərini bir daha vurğulayıblar.

Məlumat üçün bildirək ki, Novruz Aslanov hər gün İsmayıllı rayonunun müxtəlif kəndlərində seçicilərlə görüşlər keçirəcək. Bu barədə ictimaiyyətə gündəlik məlumatlar veriləcək.
 
 //Nəzər Media.az