Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürülür.
Bu barədə vəkil Namizəd Səfərov Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Əli İnsanov hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə ittiham olunur.
"Deyəsən, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə adı ilə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni qondarma ittiham irəli sürülür.
Məlum olduğu kimi Əli İnsanovun 12 illik həbs cəzasını tam çəkib qurtarmağına bir neçə ay qalırdı”.
Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
//Modern.az
Sərinləşdirici içki daşıyan yük maşını tarlaya aşdı: 2 yaralı
Yol qəzası: Avtomobil aşdı
30 qanunsuz mühacir xilas edildi, 22 nəfər qanunsuz mühacir isə saxlanıldı
İki yük maşını toqquşdu: 3 yaralı
Castinin arvadından hamiləlik FOTOLAR
Azərbaycanın nümayəndə heyəti bədii gimnastika üzrə AVRO-da iştirak edəcək
Fudokançılarımız avropa çempionatıda iştirak edəcəklər
Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib
Kenyada torpaq sürüşməsi baş verib
Traktorun mühərriyinə paltarı ilişən 15 yaşlı qız vəfat etdi
Hərəkətsiz təyyarədən yerə yıxıldı
Həftə sonu Meksikada hava sərinləşəcək
Yol qəzası: Sürücü yaralandı
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır