Nəzər Media.az-ın dostu mükafatı AzQAC-ın əməkdaşlarına təqdim olundu

27-05-2016, 16:42
851

Nəzər Media.az-ın dostu mükafatı AzQAC-ın əməkdaşlarına təqdim olunduBu gün Nəzər Media.az İnformasiya portalının baş redaktoru Nəzərbəy Hacıağayev Azərbaycan Qızıl Aypara Cəmiyyətidə olub. Ziyarətin təşkil olunmasında məqsəd  Nəzər Media.az tərəfindən Nəzər Media.az-ın dostu mükafatına layiq görülən AzQAC-ın nümayəndəlrinin mükafatlarını  təqdim etmək olub.  İlk öncə Nəzərbəy Hacıağayevi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov qəbul edib.

Görüş zamanı iki tərəfli əlaqələr müzakirə edilib. Millət vəkili qeyd edib ki, bundan sonrada AzQAC öz humanitar missiyasının işıqlandırılmasında  Nəzər Media.az İnformasiya portalı ilə əməkdaşlıq etməkdə maraqlıdır.  Nəzərbəy Hacıağayev öz çıxıında qeyd edib ki, Nəzər Media.az İnformasiya portalının əsas tərəfdaşlarından olan  AzQAC-ın  missyasını işıqlandırmaq bizim əsas prioretetlərimizdəndir.  Baş redaktor 2015-ci ilin iyun ayından AzQAC-la bağlanılan əməkdaşlıq müqaviləsinə toxunaraq bu müqavilənin əhəmiyyətindən söz açıb.  

Daha sonra  isə Nəzər Media.az-ın baş redaktoru Nəzərbəy Hacıağayev Novruz Aslanova Azərbaycan Mediasının dostu mükafatını təqdim edib.  Nəzərbəy Hacıağayev qeyd edib ki, bu mükafatın sahibi Nəzər Media.az tərəfindən apraılan monitoriq-araşdırma nəticəində bəlli olub.

Millət vəkili də öz növbəsində Nəzər Media.az-ın baş redaktoruna və bütün kollektivinə öz dərin minnətdarlığını bildirib və gələcək fəaliyyətində uğur arzu edib.

Daha sonra qrumun digər əməkdaşlarına Nəzər Media.az-ın dostu mükafatı təqdim olunub.

Xatırladaq ki, adı çəkilən mükafata aşağıdakı şəxslər layiq görülüb.
 
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Ramazan Sultanov

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Aparıtın rəhbəri Rövşən Əliyev

Azərbaycan Qızıl Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi Ceyhun Mirzəyev

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibinin müavini Səbinə Məhbubi  

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fandreyzinq şöbəsinin müdiri Emil Seyidəliyev

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Suraxanı rayon bölməsinin yayım sektorunun rəhbəri Aydan Qaraşova

Azərbaycan Qızıl Aypara Cəmiyyətində İcmaya Əsaslanan Proqramın rəhbəri Mətanət Qaraxanova

 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsində daxili hesabat sektorunun rəhbəri Yaqut Hüseynova
 
  //Turana Məmmədli, Nəzər Media.az
Nəzər Media.az-ın dostu mükafatı AzQAC-ın əməkdaşlarına təqdim olundu
Nəzər Media.az-ın dostu mükafatı AzQAC-ın əməkdaşlarına təqdim olundu
Nəzər Media.az-ın dostu mükafatı AzQAC-ın əməkdaşlarına təqdim olundu
Nəzər Media.az-ın dostu mükafatı AzQAC-ın əməkdaşlarına təqdim olundu