Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən İlk Yardım üzrə təşkil olunmuş təlim

24-05-2016, 23:10
405

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən İlk Yardım üzrə təşkil olunmuş təlimMünaqişələr və ya digər hallarda məsələn daxili ixtişaşlar, təbii fəlakətlərdən  zərər çəkmiş insanlara vaxtında, qərəzsiz və effektli göstərilən, hadisə yerinin və zərərçəkmiş şəxsin  tam yoxlanılması, təhlükəsiz qaydalara uyğun olaraq hərəkət etməsi, İlk Yardım vərdişlərin tədbiq olunması, zərərçəkmiş insanın düzgün qaydada daşınması və s.İlk Yardım köməyindən bəhrələnib vaxtında müvafiq səhiyyə məntəqələrinə çatdırılırlar. Milli Cəmiyyətlərin İlk  Yardım istiqamətində apardıqları səmərəli fəaliyyətləri nəticəsində bu xidmət hər bir qeyd olunmuş şəraitlərdə və lazım olduqda müvafiq strukturlar və resurslar vasitəsilə əldə edilir.Lakin bir çox hallarda İlk Yardım xüsusi avadanlıq və ya imkanlar olmadan belə, sadə üsullardan istifadə edərək göstərilə bilər. Zərər çəkmiş insanlara İlk Yardım xidməti göstərildiyi zaman onlara, onların  ailə üzvlərinə və ya göstərilən köməkdən asıllı olmayaraq, vəziyyətin ağırlaşması ilə bağlı hadisədən vəfat etmişlərə Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Prinsipləri, Beynəlxalq Humanitar Hüquq normalarına görə insani münasibət göstərilməli, İlk Yardım vərdişləri ilə yanaşı psixoloji dəstək verilməli, vəfat etmişlərin cəsədlərinə hörmətlə, ləyaqətlə yanaşılmalıdır.

Bu və digər anlayışlar 19 ölkənin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlıq üzrə nümayəndələri və Milli Cəmiyyətləri təmsil edən Ilk Yardım təlimatçıları  arasında BQXK-si tərəfindən 2016-cı il may ayının 15-dən 21-dək təşkil etdiyi təlimdə  təqdim edilmişdir. Təlim BQXK-nın Cenevrədə İlk Yardım və xəstəxanadan öncə göstərilən təcili xidmət üzrə mütəxəssisi cənab Eric Bernes tərəfindən aparılmışdır. Eyni zamanda təlimdə mövzuya uyğun BQXK-nin digər mütəxəssisləri də iştirak etmişlər. Təlim iştirakçılar və mütəxəssislər tərəfindən simulasiya olunmuş müxtəlif səpkidə praktiki məşğələlərlə müşaidə edilmişdir.

Təlim ərəfəsində iştirakçılara Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının müzeyinə baş çəkməyə və orada təqdim olunmuş maraqlı ekspozisiyalara baxmağa imkan yaradılmışdır.

Təlimdə  Azərbaycanı Azərbaycan  Qızıl Aypara Cəmiyyətinin    İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran  tərəfindən təmsil edilmişdir.

   //Nəzər Media.az