İspaniya FİNALda

10-07-2024, 00:56
94

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün AVRO-2024-də yarımfinal mərhələsinə start verilib. Strateji.az saytının məlumatına görə Münhen şəhərində "Münhen Arena"da İspaniya və Fransa üz-üzə gəlib. Sloveniyadan olan hakim Slavko Vinçiçin idarə etdiyi qarşılaşmanın 9-cu dəqiqəsində Fransa Randal Kolo Muaninin qolu ilə hesabı açıb-İspaniya-Fransa-0:1.  Oyunun 21-ci dəqiqəsində Lamin Yamal İspaniyanın bərabərlik topuna imza atıb-İspaniya-Fransa-1:1. Oyunun 25-ci dəqiqəsində Dani Olmo İspaniyanın iknci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-İspaniya-Fransa-2:1. İlk hissə İspaniyanın 2:1 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmadı, ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-İspaniya-Fransa-2:1. Bu nəticə ilə İspaniya finala vəsiqə qazandı.