Türkiyə AVRO-2024-ə qələbə ilə başladı

18-06-2024, 21:58
426

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün AVRO-2024-də V günün oyunlarına start verilib. Strateji.az saytının məlumatına görə F qrupunda I tur çərçivəsində Dortmund şəhərində "Vestfalenstadioion" Türkiyə və Gürcüstan üz-üzə gəlib. Argentinadan olan Fakundo Telyonun idarə etdiyi qarşılaşmanın artıq 25-ci dəqiqəsində Türkiyə Mert Müldürün qolu ilə hesabı açıb-Türkiyə-Gürcüstan-1:0. Oyunun 32-ci dəqiqəsində Gürcüstan Georgi Mikautadzenin qolu ilə hesabı bərabərləşdirib-Türkiyə-Gürcüstan-1:1. İlk hissə tərəflərin hərə bir dəfə fərqlənməsi ilə başa çatıb-Türkiyə-Gürcüstan-1:1. Oyunun 65-ci dəqiqəsində Arda Gülər Türkiyənin ikinci topuna imza ataraq Türkiyəni hesabda yenidən önə keçirdi-Türkiyə-Gürcüstan-2:1. Oyunun 90+7-ci dəqiqəsində Kerem Aktürkoğlu  Türkiyənin üçüncü topuna imza atdı-Türkiyə-Gürcüstan-3:1. Beləcə Türkiyə oyunda 3:1 qalib gələrək AVRO-2024-ə qələbə ilə başladı.


Bu gün daha bir qarşılaşma baş tutacaq. Bakı vaxtı ilə 23:00-da F qrupunda I tur çərçivəsində Portuqaliya və Çex Respublikası üz-üzə gələcək.