"Neftçi" "Qarabağ"ı qəbul edir-START HEYƏTLƏR

2-04-2024, 18:56
81

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün futbol üzər Azərbaycan Kubokunun 1/2 finalın ilk görüşlərinə start veriləcək. PFL bu günə bir qarşılaşma təyin edib.

1/2 finalının ilk görüşləri çərşivəsində ilk oyun günü "Neftçi" "Neftçi Arena"da "Qarabağ"ı qəbul edəcək. Mövsümü tittulsuz başa vurmaq istəməyən "ağ-qaralar" ilk oyunda güclü rəqibi və çempionla oyunda sərfəli nəticə qazanmaq istəyir. "Köhlən atlar"da bu matçdan arzuladığı nəticə ilə qazanmaq istəyir. Hakim idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Neftçi"nin start heyəti:

93. Rza Cəfərov(GK)

10. Filip Ozobiç

14. Eddi İsrafilov (C)

3. Höccət Haqverdi

19. Azər Salahlı

6. Dieqo Valdez

99. Ervin Koffi

44. Yuri Matias

11. Kilan Lebon

88. Brayan Moreno

77. Yeqor Boqomolski

"Neftçi"nin ehtiyat oyunçuları:

1. İvan Brkiç(GK)

95. Rəvan Kazımov

8. Emin Mahmudov

2. Qara Qarayev

17. Rəhman Hacıyev

7. Azər Əliyev

91. Ağadadaş Salyanskiy

16. Lukas Melano

22. Reziuan Mirzov

9. Andre Şinyaşiki

20. Alfa Konte

"Neftçi"nin baş məşqçisi:Miodraq Bojoviç

"Qarabağ"ın start heyəti:

99. Andrey Lunyov(GK)

55. Bədavi Hüseynov (C)

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

27. Toral Bayramov

29. Marko Veşoviç

10. Abdullah Zubir

7. Yassin Benzia

8. Marko Yankoviç

18. Olavio Juninyo

6. Julio Romao

"Qarabağ"ın ehtiyat oyunçuları:

23. Luka Quqeşaşvili(GK)

5. Maksim Medvedev

30. Abbas Hüseynov

24. Aleksey İsayev

90. Nəriman Axundzadə

81. Kevin Medina

66. Patrik Andrade

17. Hamidu Keyta

11. Adama Diakabi

2. Mateus Silva

19. Redon Cica

15. Leandro Andrade

"Qarabağ"ın baş məşqçisi:Qurban Qurbanov

Azərbaycan Kubokunun 1/2 finalının ilk görüşlərinin ikinci oyunu sabah baş tutacaq. Sabah "Zirə İdman Kompleksinin Stadionu"nda "Qəbələ"ni qəbul edəcək. "Zirə" ilk oyunda sərfəli nəticə qazanmağı hədəfləyir. Keçən mövsüm Azərbaycan Kubokunun qalibi, ağır günlər keçirən "Qəbələ" keçən ilki uğurlarının təsadüfü olmadığını göstərmək istəyir.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları Yanvarın 30 və 31-də keçirilib.

İlk oyun günüdə iki qarşılaşma baş tutub. 

Günün ilk qarşılaşmasında "Səbail" "ASCO Arena"da "Zirə"ni qəbul edib.  Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Səbail"-"Zirə"-0:0.Oyunun 48-ci dəqiqəsində "Zirə" "Səbail"in heyətindən Anas Najahın avtoqolu ilə hesabı açıb-"Səbail"-"Zirə"-0:1. Oyunun 60-cı dəqiqəsində Ruan Renato "Zirə"nin ikinci topuna imza atıb-"Səbail"-"Zirə"-0:2. Oyunun 70-ci dəqiqəsində Aleksandır Ramalinqomun qolu ilə "Səbail" hesab arasındakı fərqi azaldıb-"Səbail"-"Zirə"-1:2. Bu oyunda vurulan son qol oldu və "mavi qartallar" səfərdə "dənizçilər"ə 1:2 qalib gəldi. Bu çütün taleyinə 

Günün ikinci qarşılaşmasında "Sabah" "Bank Respublika Arena" "Qarabağ"ı qəbul edib. Artıq oyunun 20-ci dəqiqəsində "Qarabağ" Hamidu Keytanın qolu ilə hesabı açıb-"Sabah"-"Qarabağ"-0:1.Oyunun 28-ci dəqiqəsində  Olavio Juninyo "Qarabağ"ın ikinci topuna imza atıb-"Sabah"-"Qarabağ"-0:2.Oyunun 45+3-cü dəqiqəsində  Nəriman Axundzadə "Qarabağ"ın üçüncü topuna imza atdı-"Sabah"-"Qarabağ"-0:3. İlk hissə "Qarabağ"ın 0:3 hesablı üstünlütü  ilə başa çatıb.Oyunun 55-ci dəqiqəsində Olavio Juninyo  dubl edərək özünün ikinci komandasının dördüncü topuna imza atıb-"Sabah"-"Qarabağ"-0:4.Oyunun 63-cü dəqiqəsində "Sabah" Cesse Sekidikanın qolu ilə hesab arasındakı fərqi azaldıb-"Sabah"-"Qarabağ"-1:4.Oyunun 77-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ın beşinci topuna imza atdı-"Sabah"-"Qarabağ"-1:5.Oyunun 87-ci dəqiqəsində Adama Diakabi "Qarabağ"ın altıncı topuna imza atıb-"Sabah"-"Qarabağ"-1:6.Oyunun 90+3-cü dəqiqəsində Abdullah Zubir dubla imza ataraq özünün ikinci komandasının 7-ci topuna imza atıb-"Sabah"-"Qarabağ"-1:7. Bu oyunda vurulan son qol olub və "Qarabağ" elə səfərdə rəqibinə 1:7 qalib gələrək çütün taleyinə ilk oyunda aydınlıq gətirib. 

İkinci oyun günündə də iki qarşılaşma baş tututb. 

İlk öncə "Araz-Naxçıvan" "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində "Qəbələ" Samuel Tettehin  qolu ilə hesabı açıb-"Araz-Naxçıvan"-"Qəbələ"-1:0. Oyunun 45-ci dəqiqəsində Elvis Maşike "Araz-Naxçıvan"ın bərabərlik topuna imza atıb-"Araz-Naxçıvan"-"Qəbələ"-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənəməsi ilə başa çatıb-"Araz-Naxçıvan"-"Qəbələ"-1:1.Oyunun 77-ci dəqiqəsində "Qəbələ" azlıqda qaldı. Qonaqların heyətindən Lukas Afriko qırmızı vərəqə alaraq meydandan qovulub-"Araz-Naxçıvan"-"Qəbələ"-1:1. Bu oyunda son yadda qalan hadisə oldu və oyun tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-"Araz-Naxçıvan"-"Qəbələ"-1:1. 

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi "Sumqayıt" "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib. Artıq oyunun 29-cu dəqiqəsində "Neftçi" Yeqor Boqomolskinin qolu ilə hesabı açıb-"Sumqayıt"-"Neftçi"-0:1. Oyunun 44-cü  dəqiqəsində Emin Mahmudov penaltidən "Neftçi"nin ikinci topuna imza atıb-"Sumqayıt"-"Neftçi"-0:2.Oyunun 45+2-ci dəqiqəsində Emin Mahmudov dubl edərək özünün ikinci  "Neftçi"nin üçüncü topuna imza atıb-"Sumqayıt"-"Neftçi"-0:3. İlk hissə "ağ-qaralar"ın 0:3 hesablı qələbəsi ilə başa çatdı. Oyunun 60-cı dəqiqəsində "Sumqayıt" Elvin Bədəlovun qolu ilə hesab arasındakə fərqi azaltdı-"Sumqayıt"-"Neftçi"-1:3. Oyunun 89-cu dəqiqəsində Kasimir Ninqa "Sumqayıt"ın ikinci topuna imza atdı-"Sumqayıt"-"Neftçi"-2:3. Ancaq meydan sahiblərinin bundan artığına gücü çatmadı və matç 2:3 "Neftçi"-nin xeyrinə başa çatdı. 

1/4 Finalın cavab görüşləri isə Fevralın 8-də və 9-da keçirilib. Fevralın 8-də iki qarşılaşma baş tutub.

İlk olaraq "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda "Səbail"i qəbul edib.  Artıq oyunun 4-cü dəqiqəsində   "Zirə" Abbas İbrahimin qolu ilə hesabı açdı və ümumi hesabı artırıb-"Zirə"-"Səbail"-1:0(3:1).Oyunun 42-ci dəqiqəsində Rəhim Sadıxov "Zirə"nin ikinci topuna imza ataraq hesab arasında fərqi bir qədər də artırıb-"Zirə"-"Səbail"-2:0(4:1). İlk hissə "Zirə"nin bu oyunda 2:0 ümumi hesabda isə 4:1 hesablı üstünlüyü ilə başa çatıb.Oyunun 74-cü  dəqiqəsində Rəfail Utsiq "Zirə"nin üçüncü topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-"Zirə"-"Səbail"-3:0(5:1). Bu oyunda vurulan son qol oldu və "Zirə" bu oyunda 3:0 ümumi hesabda isə 5:1 qalib gələrək adını yarımfinala yazıdırıb. "Zirə"nin bu mərhələdəki rəiqibi  "Qəbələ"-"Araz-Naxçıvan" çütlüyünün qalibi olacaq.

Günün ikinci qarşılaşmasında "Qarabağ" "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Sabah"ı qəbul edib. İlk oyunda 1:7 qalib gələn "köhlən atlar" matça rahat çıxmışdı. "Bayquşlar" isə asan təslim olmamaq haqqında və qapını möhkəm çırpmaq haqqında fikirləşirdi. Artıq oyunun 5-ci dəqiqəsində "Sabah" Kristian Da Silvanın qolu ilə hesabı açaraq hesab arasındakı fərqi azaltdı-"Qarabağ"-"Sabah"-0:1(7:2). Oyunun 27-ci  dəqiqəsində Jarl Marqarita "Sabah"ın ikinci topuna imza ataraq ümumi hesab arasındakı fərqi dördə endirdi- "Qarabağ"-"Sabah"-0:2(7:3). Oyunun 30 dəqiqəsində Hamidu Keyta "Qarabağ"ın qoluna imza ataraq ümumi hesabı yenə beş top fərqinə qaldırdı-"Qarabağ"-"Sabah"-1:2(8:3). İlk hissə "Sabah"ın 1:2 hesablı üstünlüyü ümumi 8:3 əleyihə bitib. Oyunun  58-ci dəqiqəsində İsak Belfodil "Sabah"ın üçüncü topuna imza ataraq ümumi hesab arasındakı fərqi yenidən dördə endirdi-"Qarabağ"-"Sabah"-1:3(8:4). Oyunun 61-ci dəqiqəsində Adama Diakabi "Qarabağ"ın ikinci topuna imza atdaraq ümumi hesab arasındakı fərqi yenidən beşə qaldırıb-2:3(9:4). Oyunun 69-cu dəqiqəsində İsak Belfodil penaltidən dubl edərək özünün ikinci  "Sabah"ın dördüncü topuna imza ataraq yenidən hesab arasindakı fərqi dördə endirib-"Qarabağ"-"Sabah"-2:4(9:5). Oyunun 74-cü dəqiqəsində  "Sabah"ın heyətindən Maruan Hadudinin avtoqolu ilə  "Qarabağ" üçüncü topa imza ataraq ümumi hesabda fərqi yenə beşə qaldırıb-"Qarabağ"-"Sabah"-3:4(10:5). Oyunun 76-cı dəqiqəsində "Qarabağ" azqlıda qalıb. Komandanın heyətindən Riçard Almediya qırmızı vərəqə alaraq meydandan qovulub-"Qarabağ"-"Sabah"-3:4(10:5). Bu oyunda yadda qalan son hadisə olub və "Qarabağ" 3:4 məğlub olan görüşdə ümumi hesabda 10:5 qalib gələrək adını növbəti mərhələyə yazdırdı. 

Fevralın 9-da daha iki qarşılaşma baş tutub.

İlk olaraq "Qəbələ Şəhər Staidonu"nda Azərbaycan Kubokunun son sahibi "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib. Artıq oyunun 39-cu  dəqiqəsində "Qəbələ" Osama Xalayla qolu ilə hesabı açara həm bu oyunda həm də ümumi hesabda irəli çıxıb-"Qəbələ"-"Araz-Naxçıvan"-1:0(2:1). Oyunun 42-ci dəqiqəsində Urfan Abbasov "Qəbələ"nin ikinci topuna imza artırıb-"Qəbələ"-"Araz-Naxçıvan"-2:0(3:1). İlk hissə "Qəbələ"nin 2:0 ümumi hesabda isə 3:1 üstünlüyü ilə başa çatıb. İkinci hissədə heç bir qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə bu oyunda 2:0 qələbə qazanan "Qəbələ" ümumi hesabda 3:1 qalib gələrək adını Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yazdırıb. Bu mərhələdə "Qəbələ"nin rəqibi "Zirə" olacaq.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Neftçi Arena"da gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edib. Artıq oyunun 26-cı dəqiqəsində "Neftçi" Filipp Ozobiçin qolu ilə hesabı açaraq hesabı bir qədər də artırıb-"Neftçi"-"Sumqayıt"-1:0(4:2). Oyunun 40-cı dəqiqəsində "Sumqayıt" Roi Kehatın qolu ilə hesabı bərabərləşdirərək hesab arasındakı fərqi  yenidən ikiyə endirib-"Neftçi"-"Sumqayıt"-1:1(4:3). İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatdı-"Neftçi"-"Sumqayıt"-1:1(4:3). İkinci hissədə heç bir qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə bu oyun 1:1 bitsədə ümumi hesabda 4:3 hesabı ilə qələbə qazanan "Neftçi" adını yarımfinalçılar siyahına yazıb. Bu mərhələdə "Neftçi"nin rəqibi "Qarabağ" olacaq.