"Qarabağ" "Sabah"ı qəbul edir-START HEYƏTLƏR

11-02-2024, 17:48
227

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək. PFL bu günə bir qarşılaşma təyin edib. 

Günün yeganə və turun açlış qarşılaşmasında "Qarabağ" "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Sabah"ı qəbul edəcək. "Qarabağ" "Braqa" ilə UEFA Avropa Liqasının oyunu ərəfində bu oyunda çox güc istifadə etmədən üç xalı qazanmaq istəyəcək. "Sabah" isə "Zirə"ni özündən çox uzağa buraxmamaq üçün və Azərbaycan Kubokundankı qələbənin təsadüfü olmadığını sübut etmək üçün iki cəhbədə vuruşan rəqibinə qalib gəlmək istəyəcək.  Hakim Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Qarabağ"ın start heyəti:

99. Andrey Lunyov(GK)

55. Bədavi Hüseynov (C)

24. Aleksey İsayev

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

10. Abdullah Zubir

8. Marko Yankoviç

18. Olavio Juninyo

2. Mateus Silva

6. Julio Romao

15. Leandro Andrade

"Qarabağ"ın ehtiyat oyunçuları:

23. Luka Quqeşaşvili(GK)

89. Amin Ramazanov(GK)

20. Riçard Almeyda

30. Abbas Hüseynov

27. Toral Bayramov

90. Nəriman Axundzadə

29. Marko Veşoviç

66. Patrik Andrade

7. Yassin Benzia

17. Hamidu Keyta

11. Adama Diakabi

19. Redon Cica

"Qarabağ"ın baş məşqçisi:Qurban Qurbanov

"Sabah"ın start heyəti:

1. Yusif İmanov(GK)

4. Elvin Camalov (k)

9. Anatoli Nuriyev

2. Amin Seydiyev

5. Rəhman Daşdəmirov

24. Maruan Hadudi

14. İshak Belfodil

7. Boyan Letiç

28. Kahim Parris

12. Vinsent Til

27. Jarl Marqarita

"Sabah"ın ehtiyat oyunçuları:

75. Emil Həbibov(GK)

76. Süleyman Həsənov

10. Namik Ələskərov

17. Tellur Mütəllimov

6. Abdulax Xaybulayev

40. Rauf Rüstəmli

88. Xəyal Əliyev

25. Hüseyn Məmmədzadə

44. Sofian Çakla

70. Cesse Sekidika

19. Emmanuel Apeh

3. Con İrasabal

"Sabah"ın baş məşqçisi:Ruslan Qafitullin

Turun digər görüşləri Bazar Ertəsi, Çərçənbə axşamı keçiriləcək.

Bazar Ertəsi günü cəmi bir qarşılaşma baş tutacaq.

Günün yeganə qarşılaşmasında qədim Gəncə təmsilçisi "Kəpəz" "Qəblə şəhər Stadionu"nda  "Səbail"i qəbul edəcək. Nizami yurdunun təmsilçiləri növbəti növbəti qələbəsini qazanıb  "Qəbələ"dən bir qədər də uzaqlaşmaq istəyir. Azərbaycan Kubokunda mübarizəni dayandıran "dənizçilər" bütün diqqəti Premyer Liqaya yönəldərək növbəti üç xalını qazanmaq istəyəcək.

Turun digər qarşılaşmaları Çərşənbə axşamı günü keçiriləcək. 

Çərşənbə axsamı günü günün ilk oyununda "Turan Tovuz" "Tovuz Şəhər Stadionu"nda "Qəbələ"ni qəbul edəcək.  Meydan sahibləri u matçda növbəti qələbəsini qazanmağı hədəfləyəcək. Sonuncu pillədə olan "Qəbələ"də aktivindəki xalları artıqmaq üçün matdan qələbə ilə ayrılmağı düşünəcək.

Günün ikinci qarşılaşmasında "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edəcək. "Mavi qartallar" əvvəlki mövqeylərinə qayıtmaq üçün bu oyunda qələbə qazanmaq haqqında düşünəcək. Gənclik şəhər təmsilçiləri də mövqeylərini qorumaq üçün matça üç xal üçün çıxacaq.

Günün və turun sonuncu qarşılaşmasında "Araz-Naxçıvan" "Dalğa Arana"da "Neftçi"ni qəbul edəcək. İl başayandan qələbə üzünə həsrət Muxtar Respublika təmsilçisi növbəti qələbəsini qazanmaq üçün meydana çıxacaq. III pillədə olan "Neftçi" yenidən II pilləyə yüksəlmək üçün bu matçan üç xalla ayrılmağı düşünəcək.