"QARABAĞ"ımız "Hakken"i qəbul edir-START HEYƏTLƏR

14-12-2023, 21:08
111

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün futbol üzrə UEFA Avropa Liqasında avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ" "Tofiq Bəhramo adına Respublika Stadionu"nda  İsveçin "Hakken" klubunu  qəbul edəcək. Təmsiçimiz UEFA Avropa Liqasında yoluna davam etmək istəyirsə bu matçdan mütləq üç xalla ayrılmalıdır. Əks təqdirdə komandamız "Molde"nin məğlubiyyətini gözləməli və ya yoluna UEFA Avropa Konfrans Liqasında davam etməlidir. Bütün şanslarını itirən xalsız "Hakken" isə matçda imicini qorumaq üçün çıxacaq. Qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yucin Caya olacaq. Ona ədaləti təmsil etməkdə həmyerliləri Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor olacaq. Artıq komandaların start heyətləri bizlərə məlumdur:

"QARABAĞ"ımızın start heyəti:

99. Andrey Lunev(GK)

6. Julio Romao

7. Yassin Benzia

8. Marko Yankoviç

10. Abdullah Zubir

13. Bəhlul Mustafazadə

15. Leandro Andrade

18. Olavio Juninyo

29. Marko Veşoviç

44. Elvin Cəfərquliyev

55. Bədəvi Hüseynov(C)

"QARABAĞ"ımızın ehtiyat oyunçuları:

23. Luka Quqeşaşvili(GK)

89. Amin Ramazanov

2. Mateus Silva

4. Rahil Məmmədov

5. Maksim Medvedev

17. Hamidu Keyta

19. Redon Cica

20. Riçard Almeyda

27. Toral Bayramov

30. Abbas Hüseynov

66. Patrik Andrade

90. Nəriman Axundzadə

"QARABAĞ"ımızın baş məşqçisi:Qurban Qurbanov

"Hakken"in start heyəti:

26. Peter Abrahamson(GK)

4. Ayham Usu

5. Even Hovland

10. Ali Yussef

11. Samuel Qustafson(C)

13. Simon Sandberq

17. Edvard Çilufya

18. Mikkel Riqaard

21. Tomas Totland

23. Mamadu Sonko

27. Romeo Amane

"Hakken"in ehtiyat oyunçuları:

1. Johan Brattberq(GK)

30. Sebastian Bonoziç(GK)

8. Abdulrzaq İşaq

9. Ola Kamara

16. Pantus Dahbo

19. Sırdan Hrstiç

25. Abdullah Faye

33. Con Paul Dembe

35. Sigge Consson

"Hakken"in baş məşqçisi: Matias Hoqmo

Qeyd edək ki, "Qarabağ" Avrokuboklara UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qoşulub. 

İlk olaraq iyulun 11-də Cəbəllütariqdə "Viktoriya" stadionunda "Linkoln"la üz-üzə gəlib. Artıq  oyunun 25-ci dəqiqəsində "Linkoln" Kiki Qomezin qolu ilə hesabı açıb-"Linkoln"-"Qarabağ"-1:0.İlk hissə meydan sahiblərinin 1:0 üstünlüyü ilə başa çatıb-"Qarabağ"-"Linkoln"-1:0. Oyunun 58-ci dəqiqəsində Redon Cica "Qarabağ"ın bərabərlik topuna imza atıb-"Linkoln"-"Qarabağ"-1:1.Oyunun 90+4 dəqiqəsində Yassin Benzia "Qarabağ"ın ikinci topuna imza ataraq "Qarabağ"ı hesabda irəli çıxarıb-"Linkoln"-"Qarabağ"-1:2.Bu oyunda vurulan sonuncu qol olub və "Qarabağ"səfər 1:2 qələbə sevinib.

İyulun 19-da "Qarabağ" Bakıda "Bakı Olimpia Stadionu"nda "Linkoln"u qəbul edib.  Artıq oyunun 7-ci dəqiqəsində "Qarabağ" Abdullah Zubir qolu ilə hesabı açıb-"Qarabağ"-"Linkoln"-1:0(3:1). Oyunun 45+1 dəqiqəsində Bəhlul Mustafazadə "Qarabağ"ın ikinci topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-"Qarabağ"-"Linkoln"-2:0(4:1). Tərəflər ilk fasiləyə "Qarabağ"ın bu oyunda 2:0 ümumi hesabda isə 4:1 hesablı üstünlüyü ilə yollanıb.Oyunun 49-cu dəqiqəsində Redon Cica "Qarabağ"ın üçüncü topuna imza ataraq ümumu hesabda fərqi bir qədər də artırıb-"Qarabağ"-"Linkoln"-3:0(5:1).Oyunun 62-ci dəqiqəsində Marko Yankoviç "Qarabağ"ın dördüncü topuna imza ataraq hesab fərqini bir qədər də artırıb-"Qarabağ"-"Linklon"-4:0(6:1).Bu oyunda vurulan son qol olub və "Qarabağ" oyundan 4:0 qalib gəlməklə ümumi hesabda 6:1 qalib gələrək adını növbəti mərhələyə yazdırmağa nail olub.

İyulun 26-da isə Polşada  "Miejski" stadiononunda II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" "Rakuv"un qonağı olub. Oyunun ilk hissəsi başladığı hesabla bitib-"Qarabağ"-"Rakuv"-0:0. Oyunun 55-ci dəqiqəsində "Rakuv" "Qarabağ"ın heyətindən Elvin Çəfərquliyevin avto qolu ilə hesabı açıb-"Rakuv"-"Qarabağ"-1:0.Oyunun 71-ci dəqiqəsində Fabian Pieçeski "Rakuv"un ikinci topuna imza atıb-"Rakuv"-"Qarabağ"-2:0. Oyunun 73-cü dəqiqəsində Redon Cica "Qarabağ"ın qoluna imza ataraq hesab arasındakı fərqi azaldıb-"Rakuv"-"Qarabağ"-1:2.Oyunun 75-ci dəqiqəsində Redon Cica dubl edərək özünün və komandasının ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-"Rakuv"-"Qarabağ"-2:2. Oyunun 90+1 dəqiqəsində Soni Kittel "Rakuv"un üçüncü topuna imza ataraq yenidən komandasını hesabda irəli çıxardıb-"Rakuv"-"Qarabağ"-3:2. Bu oyunda vurulan son qol olub və "Qarabağ" oyundan 3:2 məğlub ayrılıb.

Avqustun 2-də İsə "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Bakı Olimpia Stadionu"nda Polşanın "Rakuv" klubunu qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Qarabağ"-"Rakuv"-1:1. Oyunun 52-ci dəqiqəsində Fran Tudorun qolu ilə "Rakuv" hesabı açıb-"Qarabağ"-"Rakuv"-0:1(2:4).Oyunun 60 dəqiqəsində Redon Cica "Qarabağ"ın bərabərlik topuna imza atıb-"Qarabağ"-"Rakuv"-1:1(3:4). Ancaq "köhlən atlar"ın bundan artığına gücü çatmayıb. Gərgin keçən görüş 1:1 bitib. Ümumi nəticədə 3:4 məğlub olan "Qarabağ" UEFA Çempionlar Liqası ilə vidalaşdı. 

Avqustun 10-da "Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda Finlandiyanın HİK klubunu qəbul edib.Qarşılaşmanın ilk hissəsi başladığı hesabla bitdi-"Qarabağ"-HİK-0:0. Oyunun 55-ci dəqiqəsində "Qarabağ" Leandro Andradenin  qolu ilə hesabı açıb-"Qarabağ"-HİK-1:0. Oyunun 77-dəqiqəsində Antoni Olyunso HİK-in bərabərlik topuna imza atıb-"Qarabağ"-HİK-1:1. Oyunun 85-ci dəqiqəsində Juninyo "Qarabağ"ın ikinci topuna imzaraq komandasını hesabda irəli çıxardıb-"Qarabağ"-HİK-2:1. Bu oyunda vurulan son qol oldu və "Qarabağ" ilk oyunda 2:1 qələbə qazandı.

Avqustun 17-sində isə "Qarabağ" səfərdə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Bolt Arena"da Finlandiyanın HİK klubu ilə qarşılaşıb. Artıq  oyunun 10-cu dəqiqəsində HİK Santeri Hostikkanın qolu ilə hesabı açıb-HİK-"Qarabağ"-1:0(2:2). Oyunun 16-cı dəqiqəsində "Olimpia" daha bir zərbə aldı. Oyunun 45+3 dəqiqəsində "Qarabağ" Toral Bayramovun qolu ilə hesabı bərabərləşdirib-HİK-"Qarabağ"-1:1(2:3).  İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-HİK-"Qarabağ"-1:1(2:3).  Oyunun 56-cı dəqiqəsində Yassin Benziya "Qarabağ"ın ikinci topuna imza ataraq komandasını hesabda irəli çıxartdı-HİK-"Qarabağ"-1:2(2:4). Bu oyunda vurulan son qol oldu və "Qarabağ" bu oyunda 1:2 qalib gələrək, ümumi hesabda 2:4 üstünlüklə adını "play-off" mərhələsinə yazdırdı.

Avqustun 24-də səfərdə "Stozice" stadionunda UEFA Avropa Liqasının "play-off" mərhələsinin ilk qarşılaşması çərçivəsində "Olimpia" ilə üz-üzə gəlib. Artıq oyunun 32-ci dəqiqəsində "Qarabağ" Kevin Medinanın qolu ilə hesabı açıb-"Olimpia"-"Qarabağ"-0:1. Oyunun 44-cü dəqiqəsində Lenadro Andrade "Qarabağ"ın ikinci topuna imza atıb-"Olimpia"-"Qarabağ"-0:2. İlk hissə "Qarabağ"ın 0:2 üstünlüyü ilə başa çatıb. Oyunun 90+5-ci dəqiqəsində qonaqlar daha bir zərbə alıb.  "Olimpia"nın heyətindən David Sualehe  ikinci sarı vərəqəni alaraq meydan qovulub-"Olimpia"-"Qarabağ"-0:2. Bu oyunda yadda qalan son hadisə olub. İkinci hissəsində qol olmayan oyunda ilk hissənin nəticəsi matçın nəticəsi olub-"Olimpia"-"Qarabağ"-0:2.

Avqustun 31-də isə Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda UEFA Avropa Liqasının "play-off" mərhələsinin cavab qarşılaşmasında təmsilçimiz Sloveniyanın "Olimpia" klubunu qəbul etdi. Oyunun 24-cü dəqiqəsində  "Qarabağ" penaltidən Toral Bayramovun qolu ilə hesabı açıb-"Qarabağ"-"Olimpia"-1:0(3:0). Oyunun 36-cı dəqiqəsində Dieqo Pinto "Olimpia"nın bərabərlik topuna imza atdı-"Qarabağ"-"Olimpia"-1:1(3:1).Oyunun ilk hissəsi tərəflərin "Qarabağ"-"Olimpia"1:1(3:1). Oyunun ikinci hissəsində heç bir qol olmadı və 1:1 bitən oyunda "Qarabağ" ümumi hesabda 3:1 qalib gələrək adını UEFA Avropa Liqasının qrup mərhələsinə yazdırmağa nail oldu.

Sentyabrn 21-də isə "Qarabağ" "Tofiq Bəhramov adına Respublika Stadionu"nda UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində Norveçin "Molde" klubunu qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitib-"Qarabağ"-"Molde"-0:0. Oyunun 56-cı dəqiqəsində "Qarabağ" Leandro Andradenin qolu ilə hesabı açıb-"Qarabağ"-"Molde"-1:0. Bu oyunda vurulan sonuncu qol olub və "Qarabağ" oyunda 1:0 qalib gələrək Avrokubokların qrup mərhələsinə qələbə ilə başlayıb.

Oktyabrın 5-də isə "Qarabağ" səfərdə İsveçdə "Ullevi stadium"da "Hakken"in qonağı olub. Oyunun ilk hissəsi başladığı hesabla bitib-"Hakken"-"Qarabağ"-0:0.Oyunun 70-ci dəqiqəsində "Qarabağ" Olavio  Juninyonun qolu ilə hesabı açıb-"Hakken"-"Qarabağ"-0:1. Bu oyunda vurulan son qol oldu və "Qarabağ" ardıcıl olaraq ikinci dəfə qrup oyununda qələbə qazanmağa nail oldu-"Hakken"-"Qarabağ"-0:1.

Oktyabrın 26-sı "Qarabağ" "Bay Arena"da "Bayer Leverkuzen"in qonağı olub. Artıq "Bayer Leverkuzen" oyunun 5-ci dəqiqəsində Florian Virtsin qolu ilə hesabı açıb-"Bayer Leverkuzen"-"Qarabağ"-1:0. Oyunun 16-cı dəqiqəsində  "Qarabağ" Toral Bayramovun penaltidən qolu ilə hesabı bərabərləşdirib-"Bayer Leverkuzen"-"Qarabağ"-1:1. Ancaq bu təmsilçimizin oyun ərzində yeganə qolu olub. Oyunun 29-cu dəqiqəsində Aleks Qrimaldo "Bayer Leverkuzen"in ikinci topuna imza ataraq yenidən komandasını hesabda irəli çıxardıb-"Bayer Leverkuzen"-"Qarabağ"-2:1.Oyunun 35-ci dəqiqəsində Viktor Bonifeys "Bayer Leverkuzen"in üçüncü topuna imza atıb-"Bayer Leverkuzen"-"Qarabağ"-3:1. İlk hissə almanların 3:1 üstünlüyü ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Aleks Qrimaldo dubla edərək özünün ikinci  "Bayer Leverkuzen"in dördüncü topuna imza atıb-"Bayer Leverkuzen"-"Qarabağ"-4:1. Oyunun 57-ci dəqiqəsində Edmond Tapsoba "Bayer Leverkuzen"in beşinci topuna imza atıb-"Bayer Leverkuzen"-"Qarabağ"-5:1. Bu oyunda vurulan son qol oldu və "köhlən atlar" səfərdə Leverkuzen təmsilçisinə 5:1 məğlub oldu.

Noyabrın 9-da isə "Qarabağ" Bakıda "Tofiq Bəhramo adıan Respublika Stadionu"nda "Bayer Leverkuzen"i qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitib-"Qarabağ"-"Bayer Leverkuzen"-0:0. Oyunun 90+4-cü dəqiqəsində "Bayer Leverkuzen" Viktor Bonifasenin penaltidən qolu ilə hesabı açıb-"Qarabağ"-"Bayer Leverkuzen"-0:1. Bu oyunda vurulan ilk və son qol olub və Almaniya təmsilçisi Bakıdan gərgin oyun sonrası üç xalla ayrılıb-"Qarabağ"-"Bayer Leverkuzen"-0:1.

Noyabrın 30-da isə komandamız səfərdə "Molde Stadionu"nda "Molde"nin qonağı olub. Artıq oyunun 12-ci dəqiqəsində "Qarabağ" Olavio Juninyonun  qolu hesabı açıb-"Molde"-"Qarabağ"-0:1. İlk hissə təmsilçimizin 0:1 üstünlüyü ilə baş çatıb. Oyunun 82-ci dəqiqəsində Kristen Eriksen "Molde"nin bərabərlik topuna imza atıb-"Molde"-"Qarabağ"-1:1.Oyunun 87-ci dəqiqəsində Kristian Eriksen dubl edərək özünün və "Molde"nin ikinci topuna imza ataraq komandasını hesabda irəli çıxardıb-"Molde"-"Qarabağ"-2:1. Ancaq təmsilçimiz bu oyunda təslim olmayıb. Oyunun 90+5-ci dəqiqəsində Bəhlul Mustafazadə "Qarabağ"ın ikinci topuna imza ataraq hesabıbərabərləşdirib -"Molde"-"Qarabağ"-2:2. Beləcə tərəflər hərəyə iki qol vuraraq bir xal qazanaraq UEFA Avropa Liqasında yoluna davam edəcək komandanın adına sonuncu tura buraxıb.