RUSİYADA TƏHSİL
AVROPADA TƏHSİL
ABŞ-da TƏHSİL
KANADADA TƏHSİL
UKRAYNADA TƏHSİL
İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ
Telefon: +99450-339-01-64
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Belçika-Azərbaycan oyunu başa çatdı. Oyun 5:0 Belçikanın xeyrinə başa çatdı.
xxxx
Oyunun 90-cı dəqiqəsində Leandro Trossard Belçikanın beşinci topuna imza atdı-Belçika-Azərbaycan-5:0
xxx
Belçika-Azərbaycan oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra Belçika hesabda 4:0 irəlidədir.
xxxxx
Oyunun dəqiqəsində Romelu Lukaku poker edərək özünün və Belçikanın dördüncü topuna imza atdı-Belçika-Azərbaycan-4:0
xxx
Oyunun 30-cu dəqiqəsində Romelu Lukako "het-trik" edərək özünün Belçikanın üçüncü top topuna imza atdı-Belçika-Azərbaycan-3:0
xxxx
Oyunun 26-cı dəqiqəsində Romelu Lukako dubla imza ataraq özünün Belçikanın ikinci topuna imza atdı-Belçika-Azərbaycan-2:0
xxxx
Oyunun 24-cü dəqiqəsində millimiz azlıqda qaldı. Yığmamızın heyətindən Eddi İsrafilov ikinci sarı vərəqə alaraq meydan qovuldu-Belçika-Azərbaycan-1:0
xxxx
Futbol üzrə milli komandamız səfərdə "King Baudouin Stadium"da Belçika millisinin qonağıdır. Meydan sahiblərinin əsas hədəfi üç xal qazanaraq qrup liderliyini təmin etməkdir. Son görüşdə Bakıda İsveçə 3:0 qalib gələrək tarixi qələbəyə sevinən millimiz isə səfərdə güclü rəqibinə müqavimət göstərəmə çalışır. Canni De Byazinin komandası son oyunda ən azi məğlub olmamaq haqqında düşünür. Matçı Macarıstandan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Gergo Bogardır. Ona ədaləti təmsil etməkdə həmyerliləri Theodoros Georgiou və Balazs Szalai kömək edir. Dördüncü hakim funksiyasını Ferenc Karako yerinə yetirir. VAR otağında Tamaş Bognara İstvan Vad kömək edir. Artıq oyunun 17-ci dəqiqəsində Belçika Romelu Lukakonun qolu ilə hesabı açdı-Belçika-Azərbaycan-1:0
Qeyd edək ki, millimiz seçmə mərhələyə Martın 24-də star verib. Azərbaycan həmin gün səfərdə “Raiffeisen Arena”da Avstriya millisinin qonağı olub. Artıq 28-ci oyunun dəqiqəsində Avstriya Marsel Zabitser qolu ilə hesabı açıb-Avstriya-Azərbaycan-1:0.Oyunun 29-cu dəqiqəsində Mixael Qreqoriç Avstriyanın ikinci topuna imza atıb-Avstriya-Azərbaycan-0:2. İlk hissə meydan sahibləri Avstriyanın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Marsel Sabitzer dubl edərək özünün ikinci Avstriyanın üçüncü topuna imza atıb-Avstriya-Azərbaycan-3:0.Oyunun 64-cü dəqiqəsində Azərbaycan millisi Emin Mahmudovun qolu ilə hesab arasındakı fərqi azaldıb-Avstriya-Azərbaycan-3:1.Oyunun 69-cu dəqiqəsində Kristof Baumqartner Avstriyanın dördüncü topuna imza atdı-Avstriya-Azərbaycan-4:1. Bu oyunda vurulan son qoldu və Azərbaycan millisi matçdan 4:1 məğlub ayrıldı.
Ayın 27-sində isə Azərbaycan səfərdə "Friends Arena"da İsveçin qonağı olub. Artıq 38 oyunun 38-ci dəqiqəsində İsveç Emil Forsberq qolu ilə hesabı açıb-İsveç-Azərbaycan-1:0.Oyunun ilk hissəsi 1:0 İsveç millisinin xeyrinə başa çatdı. Oyunun 65-ci dəqiqəsində Bəhlul Mustafazədənin avtoqolu ilə İsveçin ikinci topuna imza atıb-İsveç-Azərbaycan-2:0. Oyunun 79-cu dəqiqəsində Viktor Györkes İsveçin üçüncü topuna imza atıb-İsveç-Azərbaycan-3:0. Oyunun 88-ci dəqiqəsində Kasper Karlsson İsveçin dördüncü topuna imza atıb-İsveç-Azərbaycan-4:0.Ancaq bu da oyunda vurulan son qol olmadı və oyunun 89-cu dəqiqəsində Antoni Elenga İsveçin beşinci topuna imza ataraq oyunda son nöktəni qoydu-İsveç-Azərbaycan-5:0. Beləcə millimiz oyundan 5:0 məğlub ayrıldı.
İyunun 17-də millimiz Bakıda "Dalğa Arena"da Estoniya millisini qəbul edib. Artıq oyunun 27-ci dəqiqəsində Estoniya Rauno Sappinenin qolu ilə hesabı açıb-Azərbaycan-Estoniya-0:1. İlk hissə qonaqların 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 62-ci dəqiqəsində Azərbaycan millisi Anton Krivotsyukun qolu ilə hesabı bərabərləşdirdi-Azərbaycan-Estoniya-1:1. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə bir dəfə fərqləndikləri oyunda hərə bir xal qazanıb. Bu xal isə millimizin AVRO-2023-də qazandığı ilk xal olub.
Sentyabrın 9-da isə millimiz Bakıda "Dalğa Arena"da Belçika millisini qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində Belçika Yannik Karraskonun qolu ilə hesabı açıb-Azərbaycan-Belçika-0:1. İlk hissə qonaqların 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində heç bir qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-Azərbaycan-Belçika-0:1.
Oktyabrın 13-də isə milli komandamız səfərdə "Le Kok Arena"da Estoniya milli komandasının qonağı olub. Artıq oyunun 9-cu dəqiqəsində Azərbaycan Toral Bayramoun qolu ilə hesabı açıb-Estoniya-Azərbaycan-0:1. Oyunun 45+4-cü dəqiqəsində Ramil Şeydayev penaltidən vurduğu qolla meydan sahiblərini yenidən meydanın mərkəzinə dəvət edib-Estoniya-Azərbaycan-0:2. İlk hissə milli komandamızın 0:2 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-Estoniya-Azərbaycan-0:2.
Oktyabrın 16-sında isə Bakıda Avstriya millisini qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-Azərbaycan-Avstriya-0:0. Oyunun 48-ci dəqiqəsində Avstriya millisi Marsel Sabitzerin penaltidən qolu ilə hesabı açdı-Azərbaycan-Avstriya-0:1. Oyunun 90+4-cü dəqiqəsində rəqibin heyətindən Quido Burqstaller qırmızı vərəqə alaraq meydandan qovulub-Azərbaycan-Avstriya-0:1. Bu say çoxluğu da millimizə xeyri olmayıb və görüş 0:1 Azərbaycanın xeyrinə başa çatıb.
Noyabrın 16-da isə millimiz "Tofiq Bəhramov adına Respublika Stadionu"nda İsveç millisini qəbul edib. Artıq oyunun 3-cü dəqiqəsində Azərbaycan millisi Emin Mahmodovun qolu ilə hesabı açıb-Azərbaycan-İsveç-1:0. Qonaqlar şokdan çıxmamış millimiz onları yeni bir soyuq duşa qonaq etdi. Oyunun 6-cı dəqiqəsində Renat Dadaşov Azərbaycan millisinin ikinci topuna imza atıb-Azərbaycan-İsveç-2:0. İlk hissə millimizin 2:0 üstünlüyü ilə başa çatdı. Oyunun 57-ci dəqiqəsində millimizin heyətindən Bəhlul Mustafazadə qırmzı vərəqə alaraq meydandan qovuldu-Azərbaycan-İsveç-2-0. Say üstünlüyü də skandinaviyalılara yardım etmədi. Oyunun 89-cu dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla dubl edərək özünün və Azərbaycan millisinin üçüncü topuna imza atıb-Azərbaycan-İsveç-3:0. Bu oyunda vurulan son qol oldu və milli komandamız İsveç üzərində 3:0 parlaq və tarixi bir zəfər qazanaraq üç xala sahib oldu.