AZƏRBAYCAN millisi Belçika millisinin qonağıdır-START HEYƏTLƏR

19-11-2023, 20:25
239

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün futbol üzrə milli komandamız səfərdə "King Baudouin Stadium"da Belçika millisinin qonağı olacaq. Meydan sahiblərinin əsas hədəfi üç xal qazanaraq qrup liderliyini təmin etmək istəyəcək. Son görüşdə Bakıda İsveçə 3:0 qalib gələrək tarixi qələbəyə sevinən millimiz isə səfərdə güclü rəqibinə müqavimət göstərəmə çalışacaq. Canni De Byazinin komandası son oyunda ən azi məğlub olmamaq haqqında düşünəcək. Matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Gergo Bogar olacaq. Ona ədaləti təmsil etməkdə həmyerliləri Theodoros Georgiou və Balazs Szalai kömək edəcək. Dördüncü hakim funksiyasını Ferenc Karako yerinə yetirəcək. VAR otağında Tamaş Bognara İstvan Vad kömək edəcək. Artıq komandaların start heyətləri bizlərə məlumdur:

Belçika millisinin start heyəti:

12.Koen Kastils (GK)

3. Artur Tit

4. Vout Fas

5.Yan Vertongen

6.Aster Vranks

7.Ceremi Doku

9.Leandro Trossard

10.Romelu Lukaku (C)

18.Aster Vranks

19.Yohan Bakayoko

21.Timoti Kastan

Belçika millisinin ehtiyat oyunçuları:

1. Tomas Kaminski(GK)

13. Mats Selz (GK)

2. Zeno Debast

8. Yuri Tilemans

11.Yannik Krasko

14.Dodi Lukebakio

15. Oliver Deman

16. Amin Əl Daxil

17. Louis Openda

20. Artur Vermiren

22. Aleksis Salemakses

23. Miçi Batsuşayi

Belçika millisinin baş məşqçisi:Dominoko Tedesko

AZƏRBAYCAN millisinin start heyəti:

1. Şahruddin Məhəmədəliyev(GK)

2. Rahil Məmmədov

3. Elvin Cəfərquliyev

5. Anton Krivatsyuk

6. Höcət Haqverdi

8. Emin Mahmudov(C)

9. Renad Dadaşov

10. Mahir Emrəli

14. Eddi İsrafilov

17. Toral Bayromov

20. Aleksey İsayev

AZƏRBAYCAN millisinin ehtiyat oyunçuları:

12. Yusif İmanov(GK)

23. Rəşad Əzizov(GK)

4. Cəlal Hüseynov

7. Cosqun Diniyev

11.Rüstəm Əhmədzadə

13. Turan Manafov

15. Amin Seydiyev

16. Elvin Camalov

18. Özancan Kökçü

19. Nəriman Axundzadə

21. Rauf Əliyev

22. Musa Qurbanlı

AZƏRBAYCAN millisinin baş məşqçisi: Canni De Beyazi

Qeyd edək ki, millimiz seçmə mərhələyə Martın 24-də star verib. Azərbaycan həmin gün səfərdə “Raiffeisen Arena”da Avstriya millisinin qonağı olub.  Artıq 28-ci oyunun dəqiqəsində Avstriya Marsel Zabitser qolu ilə hesabı açıb-Avstriya-Azərbaycan-1:0.Oyunun 29-cu dəqiqəsində Mixael Qreqoriç Avstriyanın ikinci topuna imza atıb-Avstriya-Azərbaycan-0:2. İlk hissə meydan sahibləri Avstriyanın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Marsel Sabitzer dubl edərək özünün ikinci Avstriyanın üçüncü topuna imza atıb-Avstriya-Azərbaycan-3:0.Oyunun 64-cü dəqiqəsində Azərbaycan millisi Emin Mahmudovun qolu ilə hesab arasındakı fərqi azaldıb-Avstriya-Azərbaycan-3:1.Oyunun 69-cu dəqiqəsində Kristof Baumqartner  Avstriyanın dördüncü topuna imza atdı-Avstriya-Azərbaycan-4:1. Bu oyunda vurulan son qoldu və Azərbaycan millisi matçdan 4:1 məğlub ayrıldı.

Ayın 27-sində isə Azərbaycan səfərdə "Friends Arena"da İsveçin qonağı olub. Artıq 38 oyunun 38-ci dəqiqəsində İsveç Emil Forsberq qolu ilə hesabı açıb-İsveç-Azərbaycan-1:0.Oyunun ilk hissəsi 1:0 İsveç millisinin xeyrinə başa çatdı. Oyunun 65-ci dəqiqəsində Bəhlul Mustafazədənin avtoqolu ilə İsveçin ikinci topuna imza atıb-İsveç-Azərbaycan-2:0. Oyunun 79-cu  dəqiqəsində Viktor Györkes İsveçin üçüncü topuna imza atıb-İsveç-Azərbaycan-3:0. Oyunun 88-ci dəqiqəsində Kasper Karlsson İsveçin dördüncü topuna imza atıb-İsveç-Azərbaycan-4:0.Ancaq bu da oyunda vurulan son qol olmadı və oyunun 89-cu  dəqiqəsində Antoni Elenga İsveçin beşinci topuna imza ataraq oyunda son nöktəni qoydu-İsveç-Azərbaycan-5:0. Beləcə millimiz oyundan 5:0 məğlub ayrıldı.

İyunun 17-də millimiz Bakıda "Dalğa Arena"da Estoniya millisini qəbul edib. Artıq  oyunun 27-ci dəqiqəsində Estoniya Rauno Sappinenin  qolu ilə hesabı açıb-Azərbaycan-Estoniya-0:1. İlk hissə qonaqların 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 62-ci dəqiqəsində Azərbaycan millisi Anton Krivotsyukun  qolu ilə hesabı bərabərləşdirdi-Azərbaycan-Estoniya-1:1. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə bir dəfə fərqləndikləri oyunda hərə bir xal qazanıb. Bu xal isə millimizin AVRO-2023-də qazandığı ilk xal olub.

Sentyabrın 9-da isə millimiz Bakıda "Dalğa Arena"da Belçika millisini qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində Belçika Yannik Karraskonun qolu ilə hesabı açıb-Azərbaycan-Belçika-0:1. İlk hissə qonaqların 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində heç bir qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-Azərbaycan-Belçika-0:1.

Oktyabrın 13-də isə milli komandamız səfərdə "Le Kok Arena"da Estoniya milli komandasının qonağı olub.  Artıq oyunun 9-cu dəqiqəsində Azərbaycan Toral Bayramoun qolu ilə hesabı açıb-Estoniya-Azərbaycan-0:1. Oyunun 45+4-cü dəqiqəsində Ramil Şeydayev penaltidən vurduğu qolla meydan sahiblərini yenidən meydanın mərkəzinə dəvət edib-Estoniya-Azərbaycan-0:2. İlk hissə milli komandamızın 0:2 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib və  ilk hissənin nəticəsi oyunun nəticəsi olub-Estoniya-Azərbaycan-0:2.

Oktyabrın 16-sında isə Bakıda Avstriya millisini qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-Azərbaycan-Avstriya-0:0. Oyunun 48-ci dəqiqəsində Avstriya millisi Marsel Sabitzerin penaltidən qolu ilə hesabı açdı-Azərbaycan-Avstriya-0:1. Oyunun 90+4-cü dəqiqəsində rəqibin heyətindən  Quido Burqstaller  qırmızı vərəqə alaraq meydandan qovulub-Azərbaycan-Avstriya-0:1. Bu say çoxluğu da millimizə xeyri olmayıb və görüş 0:1 Azərbaycanın xeyrinə başa çatıb.

Noyabrın 16-da isə millimiz "Tofiq Bəhramov adına Respublika Stadionu"nda İsveç millisini qəbul edib. Artıq oyunun 3-cü dəqiqəsində Azərbaycan millisi Emin Mahmodovun qolu ilə hesabı açıb-Azərbaycan-İsveç-1:0. Qonaqlar şokdan çıxmamış millimiz onları yeni bir soyuq duşa qonaq etdi. Oyunun 6-cı dəqiqəsində Renat Dadaşov Azərbaycan millisinin ikinci topuna imza atıb-Azərbaycan-İsveç-2:0. İlk hissə millimizin 2:0 üstünlüyü ilə başa çatdı. Oyunun 57-ci dəqiqəsində millimizin heyətindən Bəhlul Mustafazadə qırmzı vərəqə alaraq meydandan qovuldu-Azərbaycan-İsveç-2-0. Say üstünlüyü də skandinaviyalılara yardım etmədi. Oyunun 89-cu  dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla dubl edərək özünün və  Azərbaycan millisinin üçüncü topuna imza atıb-Azərbaycan-İsveç-3:0. Bu oyunda vurulan son qol oldu və milli komandamız İsveç üzərində 3:0 parlaq və tarixi bir zəfər qazanaraq üç xala sahib oldu.





�����������