FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU
FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU
TÜRKİYƏDƏ TƏHSİL
RUSİYADA TƏHSİL
AVROPADA TƏHSİL
ABŞ-da TƏHSİL
KANADADA TƏHSİL
FƏRDİ İNGİLİS DİLİ KURSU
8 NƏFƏRLİK İNGİLİS DİLİ QRUPLARI (50₼)
RUS DİLİ KURSU
YÖS Kursları
Telefon: +99450-339-01-64; +99450-315-38-86
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.
Nəzər Media.az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:
"Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.
Bu il müstəqil Azərbaycan Respublikasının tarixində xüsusi il - "Heydər Əliyev İli"dir. Ümummilli Lider 1993-cü ildə müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi zamanda hakimiyyətə qayıtdı və müstəqilliyimizi qoruyub saxladı. Azərbaycanda sabitlik yarandı, enerji sahəsində dünyanın aparıcı şirkətləri ilə böyük layihələr həyata keçirildi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə sülh və inkişaf gətirdi.
Siz Heydər Əliyev dəyərlərinə yeni nəfəs gətirdiniz, 30 ilǝ yaxın işğal altında qalmış torpaqlarımız Sizin siyasətinizin nəticəsində azad edildi.
Möhtərəm cənab Prezident, artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü bərpa olundu və doğma yurdlarını tərk etmiş vətəndaşlarımız bu gün çiçəklənən Qarabağa, Şərqi Zəngəzura - ana yurdlarına qayıdırlar. Bu proseslər Sizin uzun illərə hesablanmış və düşünülmüş siyasətiniz nəticəsində mümkün oldu.
Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi xalqımızın Qələbəsi ilə başa çatdı və bu gün ölkəmizdə böyük bərpa işləri həyata keçirilir, Qarabağa onun əvəzsiz gözəlliyi və mənəvi həyatı qaytarılır.
Sizə işlərinizdə böyük uğurlar, möhkəm cansağlığı arzulayıram".
XXX
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri Həsən Mirzəyev Prezident İlham Əliyevə məktub göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
"Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azərbaycan Sizin müdrik rəhbərliyinizlə irimiqyaslı siyasi, iqtisadi islahatlar və böyük dəyişikliklər, əhalinin sosial rifahının artırılması yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan və Rusiya arasında iqtisadi, siyasi, mədəni əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. 2022-ci ilin fevralında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə şübhəsiz ki, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətli şəkildə artmasına kömək edəcək və bu da bizim dost xalqlarımızın maraqlarına tam cavab verir. Mən həmvətənli olaraq, tarixi Vətənimlə fəxr edir, qürur duyuram.
Xüsusi vurğulamaq istəyirəm ki, Siz Azərbaycan Respublikasında Heydər Əlirza oğlu Əliyevin islahatçılıq yolunun layiqli davamçısısınız. Sizin vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövləti vəzifələri mükəmməl surətdə icra etməyiniz Vətənə layiqli xidmətin nümunəsidir.
Qoy, enerji, gümrahlıq və ruh yüksəkliyi daim Sizin nəsibiniz olsun! Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram".