“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir-FOTOLAR

1-05-2023, 19:00
150

FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU


BUGUNBİLDİM.COM


FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU 

TÜRKİYƏDƏ TƏHSİL

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

FƏRDİ İNGİLİS DİLİ  󠁧󠁢󠁥󠁮KURSU

8 NƏFƏRLİK İNGİLİS DİLİ 󠁧󠁢󠁥󠁮󠁧󠁿 QRUPLARI (50₼)

RUS DİLİ KURSU

YÖS Kursları

Telefon: +99450-339-01-64; +99450-315-38-86


“Nar” ADA Universitetində təşkil olunan 11-ci  karyera sərgisində iştirak edib. Artıq ənənə halını almış sərginin əsas məqsədi tələbə və məzunları bir araya toplayaraq onların işəgötürənlərlə peşəkar əlaqələr qurmasına dəstək olmaq, eləcə də işəgötürənlərin bacarıqlı kadr axtarışlarını asanlaşdırmaqdır. 

Karyera sərgisi zamanı ADA-nın 1500-ə yaxın tələbə və məzunu şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər. “Nar”ın İnsan resursları komandası da öz növbəsində gələcəyin mütəxəssislərinə peşələrinin iş mühitindəki real tələbləri barədə məlumat verib. Həmçinin şirkətin əməkdaşları gələcəkdə karyerasını telekommunikasiya sahəsində davam etdirmək istəyən gənclərə cari vakansiyalar barədə məlumat verərək dəstək olublar. Eyni zamanda mobil operatorun təcrübə və təqaüd proqramından yararlanmaq istəyən tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, təhsilin inkişafına dəstək  “Nar” sosial fəaliyyətinin əsas istiqamətlərindəndir. Mobil operatorun bu sahədə gördüyü genişmiqyaslı layihələri ilə buradan tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.