Qış mövsümünün ən maraqlı və həyəcanlı tədbiri olan “Red Bull Qaçaqaç” sona çatıb.
150 nəfərdən çox iştirakçının qatıldığı tədbirdə xizək və snoubord sürənlər bir araya gələrək yarışıblar.
“Şahdağ Turizm Mərkəzi”ndə keçirilən “Red Bull Qaçaqaç” tədbirinə həm həvəskar həm də peşəkar qış idman sevərləri qatılıb.
2351 m yüksəklikdən start götürən yarışda iştirakçılar əvvəlcədən hazır qoyduqları snoubord və xizəklərinə doğru qaçmalı, onları sürətlə geyinərək 5 km-lik məsafəni sürüşməli idilər.
Nəticədə ən sürətli sürüşən 5 nəfər qalib seçilib. Xanımlar arasında ən sürətli xizək və snoubord üzrə Nigar Əmirova və Günel Teymur, kişilər arasında isə ən sürətli xizək və snoubord sürən Rauf Mirzəmov və Cahangir Muradov “Red Bull Qaçaqaç” yarışının qalibləri seçilib.
Tədbirin “ən kreativ geyim” kateqoriyası üzrə iştirakçısı İlkin Əliyev öz görünüşü ilə hər kəsin diqqətini çəkməyi və münsiflərdən ən yüksək xal toplamağı bacararaq yarışın qalibi olub.
Bütün kateqoriyalar üzrə qalib gələnlər “Red Bull”dan 500 azn pul mükafatı və müxtəlif hədiyyələr, həmçinin “Şahdağ Turizm Mərkəzi”ndən vauçerlər qazanıblar.
Ölkəmizdə artıq ikinci dəfədir baş tutan “Red Bull Qaçaqaç” yarışı “Red Bull Homerun” adı ilə dünyanın bir çox ölkələrində keçirilir. Əsas məqsəd qış idman növlərinə olan marağı artırmaq və insanlara əyləncəli anlar bəxş etməkdir.
İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı - FOTOLAR
QMİ Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi
Bulvarda Novruz şənliyində dəhşət: ata azyaşlı övladını belə təpiklədi - VİDEO
Hər gün buna daha da yaxınlaşırıq - Zelenski
Prezident: Ermənistanın 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur
Blinken Prezident İlham Əliyevə zəng edib
Ermənistandan ərazimizə qanunsuz hərbi yüklərin daşınması davam edir - VİDEO
Baltik üzərində Rusiya-ABŞ təyyarələri arasında gərginlik
92 yaşlı media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır
Azərbaycanda müğənni canlı yayımda qızlarla danışdı, arvadı isə... - Şok təfərrüat
BU FÜRSƏTİ QAÇIRMAYIN-KİTAB SETİNİ ALIN-6 AY ƏRZİNDƏ 48 SAAT PULSUZ KURS İŞTİRAK EDİN
Türkiyədə Təhsil
İngilis dili kursu
Məktəblilər üçün ÖZƏL DƏRS proqramlarımız
Türkiyədə Təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Türk dili dərslərimizə qeydiyyat davam edir
AVROPADA TƏHSİL ARZULAYANLARIN NƏZƏRİNƏ
İngilis dili baryerini bizimlə aradan qaldırın
Əri Rusiyada olan qadının şok əməli: 10 telefon aşkarlandı, kişilərlə səs yazısı...
Bir qızın baş hərfi üstündə amansız dava: "Tələb etdi ki, qəbiristanlıqda..." - Şok