Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında isə "Neftçi" "Bakcell Arena"da gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edəcək. "Neftçi"nin əsas hədəfi bu oyunda üç xal qazanaraq "Sabah"la xal fərqinin böyüməsinə imkan verməməkdir."Sumqayıt" isə "Bakcell Arena"da qazanacağı bir xalı özünə qənimət hesab edəcək. Hakim Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
"Neftçi"nin start heyəti:
1. İvan Brkiç (GK)
8. Emin Mahmudov (C)
3. Höccət Haqverdi
19. Azər Salahlı
7. Azər Əliyev
6. Voyislav Stankoviç
4. Solomon Kverkveliya
5. Kenni Sayef
23. Ataa Caber
22. Kilan Lebon
9. Mateus Saldanya
"Neftçi"nin ehtiyat oyunçuları:
30. Aqil Məmmədov(GK)
93. Rza Cəfərov(GK)
26. Ömər Buludov
2. Mert Çelik
21. İsmayıl Zülfüqarlı
20. Vüsal Əsgərov
41. Samir Həsənov
91. Ağadadaş Salyanskiy
10. Sezar Meza Kolli
18. Vato Arveladze
77. Yeqor Boqomolski
16. Gilyerme Pato
"Neftçi"nin baş məşqçisi:Laurentsiu Regekampf
"Sumqayıt"ın start heyəti:
13. Aydın Bayramov(GK)
6. Vüqar Mustafayev (C)
14. Elvin Bədəlov
10. Vüsal İsgəndərli
17. Murad Xaçayev
8. Səbuhi Abdullazadə
9. Karim Abubakar
22. Dieqo Karioka
7. Terrens Tisdel
12. Todor Todoroski
71. Masaki Murata
"Sumqayıt"ın ehtiyat oyunçuları:
25. İlnur Valiev(GK)
32. Murad Ağamalıyev
24. Elşən Abdullayev
18. Süleyman Əhmədov
11. Rüfət Abdullazadə
20. Ayxan Süleymanlı
21. Nihad Əhmədzadə
37. Alya Ture
"Sumqayıt"ın baş məşqçisi: Samir Abasov
Turun sonuncu görüşləri bazar ertəsi günü keçiriləcək.
Bazar ertəsi ilk olaraq "Şamaxı" "Şamaxı Şəhər Stadionu"nda "Turan Tovuz"u qəbul edəcək. Keçən tur "Qarabağ" məğlub olan "Şamaxı" bu tur evdə doğma publika önündə qələbə qazanmaq istəyir. Keçən tur məğlubiyyət acısı yaşayan tovuzlular da Şamaxıya üç xal üçün gəlib.
Turun və günü sonuncu qarşılaşmasında "Sabah" "Bank Respublika Arena"da "Səbail"i qəbul edəcək. "Sabah" matça ənəvi olaraq üç xal üçün çıxacaq. Keçən tur qazandıqları qələbə ilə sonuncu pillədən xilas olan "dənizçilər" isə "Kapital Bank Arena"da ən azı bir xal axtarışında olacaq.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turuna dünən start verilib. Açlış günündə cəmi bir oyun olub. Günün yegane qarşılaşmasında "Gəncə Şəhər Stadionu"nda gədim Gəncə təmsilçisi "Kəpəz" "Qarabağ"ı qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində "Qarabağ" Musa Qurbanlının qolu ilə hesabı açıb-"Kəpəz"-"Qarabağ"-0:1. İlk hissə "Qarabağ"ın 0:1 hesablı üstünyülü ilə başa çatdı. Oyunun 49-cu dəqiqəsində "Kəpəz" Ahmed Ayzayanın qolu ilə hesabı bərabərləşdirib-"Kəpəz"-"Qarabağ"-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xalla kifayətləndilər-"Qarabağ"-"Kəpəz"-1:1.