Vergi borcu olanlar da hesab aça biləcəklər.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər.
"Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı.
Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.
Bu məhdudiyyətin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır", - deyə deputat əlavə edib.
Qeyd edək ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 % artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 % artaraq 8 milyard 134,9 milyon manat olub.
//milli.az
Günün qoroskopu: Hisslər burulğanına düşməyin
Tənhalıqdan qorxursansa, bunlara diqqət et!
17 yaşlı oğlan özündən kiçik qızla görüşdü: "Evdə heç kəs yox idi..." - ŞOK CİNAYƏT
Sumqayıtda dəhşət: Əri ölən qadın qonşuların oğlanları ilə... - Şok təfərrüat
"Şahdağ"da əyləncəli “Red Bull Qaçaqaç” turniri yekunlaşdı
"Neftçi" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3
Zirədə qalib müəyyənləşmədi-YENİLƏNİB-5
"Neftçi" "Sumqayıt"ı qəbul edir-START HEYƏTLƏR
"Zirə" "Qəbələ"ni qəbul edəcək-START HEYƏTLƏR
Pərviz Müşərrəf vəfat etdi
Sumqayıtda vəkil özünü asdı
Türkiyədə Təhsil
İngilis dili kursu
Məktəblilər üçün ÖZƏL DƏRS proqramlarımız
Türkiyədə Təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Türk dili dərslərimizə qeydiyyat davam edir
AVROPADA TƏHSİL ARZULAYANLARIN NƏZƏRİNƏ
İngilis dili baryerini bizimlə aradan qaldırın
Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu - VİDEO
Özünü polis kimi təqdim etdi, qızı çöllüyə apardı: "Arxın içində..." - Gəncədə şok