Gəncədə qalib müəyyənləşmədi-YENİLƏNİB-5

24-01-2023, 16:03
86

BUGUNBİLDİM.COM 


Azərbaycan Premyerliqasının XIX turu çərçivəsində keçirilən "Kəpəz"-"Qəbələ" matçı başa çatdı. İlin ilk matçında tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular.


xxx


Oyunun 79-cu dəqiqəsində Ülvi İsgəndərov "Qəbələ"nin ikinci topuna imza ataraq hesabı bərabərləşdirdi-"Kəpəz"-"Qəbələ"-2:2

xxxx

Oyunun 63 dəqiqəsində Ruan Renato "Qəbələ"nin topuna imza ataraq hesab arasındakı fərqi azaltdı-"Kəpəz"-"Qəbələ"-2:1

xxxx

"Kəpəz"-"Qəbələ" oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra hesab 2:0 "Kəpəz"in xeyrinədir.

xxx

Oyunun 42-ci dəqiqəsində Martins Junior penaltidən "Kəpəz"in ikinci topuna imza atdı-"Kəpəz"-"Qəbələ"-2:0

xxxxx

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqanıda XIX tura start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.

Qış fasiləsindən sonra tutacaq ilin ilk matçında "Gəncə Şəhər Stadionu"nda qədim Gəncə təmsilçisi "Kəpəz" "Qəbələ"ni qəbul edir. Keçən ilin son oyununda sülhə imza atan hər iki komanda bu tur qələbə qazanmaq istəir. Hakim idarə etdiyi qarşılaşamda artıq oyunun 18-ci dəqiqəsində "Kəpəz" Ahmed Ayazanın penaltidən qolu ilə hesabı açdı-"Kəpəz"-"Qəbələ"-1:0

Turun digər görüşləri çərşənbə günü v cümə axşamı günü keçiriləcək. 

Çərşənbə günü iki qarşılaşma baş tutacaq. 

Günün ilk qarşılaşmasında "Turan Tovuz" Tovuz Şəhər Stadionu"nda bu mövsümün ölkə çempionatında məğlubedilməzi və son çempionu "Qarabağ"ı qəbul edəcək. Tovuzlular bu oyunda ən azı bir xal qazanaraq ilə məğlub olmadan başlamağı düşünür. "Qarabağ" isə meydana üç xal üçün çıxacaq.

Günün ikinci qarşılaşmasında "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edəcək. "Mavi qartallar"ın əsas hədəfi matçdan üç xalla ayrılmaqdır. "Sumqayıt"da bu oyunda ilə qələbə və ya ən azından məğlub olmadan başlamaq istəyir. 

Turun digər görüşləri cümə axşamı günü keçiriləcək. 

Cümə axşamı günü ilk olaraq "Şamaxı" "Şamaxı Şəhər Stadionu"nda "Səbail"i qəbul edəcək. "Şamaxı"nın əsas hədəfi doğma publika önündə ilin ilk qələbəsini qazanmaqdır. "Dənizçilər"də Şamaxıda qələbə qazanaraq həm ilə qələbə ilə başlamaq həm də turnir cədvəlinin zirzəmisindən xilas olmaq haqqında düşünəcək.

Günün və turun sonuncu qarşılaşmasında "Sabah" "Bank Respublika Arena"da "Neftçi"ni qəbul edəcək. Mövsümün ilk iki oyununda "Sabah" məğlub olan "Neftçi" turun mərkəzi qarşılaşmasında qələbə qazanmaq üçün meydana çıxacaq. "Sabah" isə həm bu mövsüm ilk iki qələbənin təsadüfü olmadığının göstərmək üçün həmdə "Neftçi"dən bir qədər də aralanmaq üçün bu oyunda qələbə qazanmaq istəyir.