"Sumqayıt" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3

14-12-2022, 20:57
299

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən "Sumqayıt"-"Səbail" oyunu başa çatdı. Gərgin keçən oyunda "Sumqayıt" 2:0 qalib gəldi.

xxxx

Oyunun 54-cü dəqiqində Vüsal İsgəndərli "Sumqayıt"ın ikinci topuna imza atdı-"Sumqayıt"-"Səbail"-2:0

xxx

"Sumqayıt"-"Səbail" oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra "Sumqayıt" 1:0 irəlidədir.

xxxxx

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib. 

Günün ikinci qarşılaşmasında gəncliş şəhər təmsilçisi "Sumqayıt" "Kapital Bank Arena"da "Səbail"i qəbul edir. "Sumqayıt"ın əsas hədəfi evdə növbəti qələbəsini qazanmaqdır. "Dənizçilə"də səfər oyununda nəticə qazanmaq arzundadır. HakimTural Qurbanovun idarə etdiyi qarşılaşmada artıq oyunun 9-cu dəqiqəsində "Sumqayıt" Stiven Pereyranın qolu ilə ilə hesabı açdı-"Sumqayı"-"Səbail"-1:0

Turun sonuncu qarşılaşması cümə axşamı günü baş tutacaq. Günün yeganə və sonucu qarşılaşmasında "Turan Tovuz" "Tovuz Şəhər Stadionu"nda "Neftçi"ni qəbul edəcək. Həm derbidə məğlub olan, həm də kubokun oyununda məğlubiyyət acısı dadan "Neftçi" bu oyunda qələbə qazanmaq arzusundadır.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında  "Şamaxı" "Şamaxı Stadionu"nda "Zirə"ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Şamaxı"-"Zirə"-0:0. Oyunun ikinci hissəsində qapılara yol tapılmayıb. Beləcə görüş başladığı hesabla bitib-"Şamaxı"-"Zirə"-0:0.

Günün ikinci qarşılaşmasında "Qarabağ" "Azərsun Arena"da Qəbələ"ni qəbul edib. Görüşün ilk hissə başladığı hesabla bitib -"Qarabağ"-"Qəbələ"-0:0. Oyunun 68-ci dəqiqəsində Ramil Şeydayev penaltidən hesabı açıb-"Qarabağ"-"Qəbələ"-1:0. Bu oyunda vurulan son qol olub və "Qarabağ" matçdan 1:0 qalib ayrılıb.

Bu gün bir qarşılaşma baş tutub. "Gəncə Şəhər Stadionu"nda qədim Gəncə təmsilçisi "Kəpəz" "Sabah"ı qəbul edib. Artıq oyunun 34-cü dəqiqəsində "Sabah" Coy Lesn Mikelin qolu ilə hesabı açdı-"Kəpəz"-"Sabah"-0:1.Oyunun 35-ci dəqiqəsində Abdullah Şuaybu "Kəpəz"in bərabərlik topuna imza atıb-"Kəpəz"-"Sabah"-1:1. İlk hissə tərəflərin hərərə bir dəfə fərqlənməsi ilə başa çatıb. Oyunun 73-cü dəqiqəsində Abdullah Şuaybu dubla imza ataraq özünün və komandasının ikinci topuna imza ataraq "Kəpəz" hesabda irəli çıxarıb-"Kəpəz"-"Sabah"-2:1. Oyunun 88-ci dəqiqəsində Aleksey Kaşuk "Sabah"ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-"Kəpəz"-"Sabah"-2:2. Oyunun 90+1 ci dəqiqəsində "Sabah"ın heyətindən Ceyhun Nuriyev qırmızı vərəqə alaraq meydandan qovuldu-"Kəpəz"-"Sabah"-2:2. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənmənklə bu oyunda bir xala qane oldular-"Kəpəz"-"Sabah"-2:2.