Aibəniz Haşımovadan daha bir gözəl konsert proqarmı, sənət gecəsi-HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ

9-12-2022, 13:40
249

BUGUNBİLDİM.COM 


Müslüm Maqomayev adına Dövlət Filarmoniyası bu gün axşam saatlarında daha bir möhtəşəm, unudulmaz sənət gecəsinə, konsert proqramına şahidlik və evsahbliyi edib.

Bu əzəmətli sənət məbədgahında tanınmış sənətkar, sevilən və gözəl ifaşı, Əməkdar artist, Şəhid xanımı Aybəniz Haşımovanın mərhum dövlət başçısı Heydər Əliyevin qarşışdan gələn Anım Gününə həsr olunmuş konsert proqramı düzənlənib.

Konsert proqramı Aybəniz Haşımovanın təşəbbüsü, eləcə də Dövlət Flarmoniyası və Bakı şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutib.

İki saat yarımdan çox davam edən konsertdə Şəhid anaları, tanınmış sənətçilər, ziyalılar, siyasətçilər, media mənsubları, hərbçilər və digərləri iştirak ediblər.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, əzəmətli Dövlət himni səsləndirilib.

Sonra həm Aybəniz Haşımovanın, həm də onun Sənət Akademiyasının tələbələri və “Bülbüllər” qrupunun ifasında bir-birindən gözəl mahnılar, nəğmələr ifa edilib.

Vətənə, Torpağa, Azərbaycana həsr olunmuş gözəl mahnıların sədaları altında rəqslər ifa olunub, eyni zamanda, Aybəniz Haşımovanın öz ifasında mərhum dövlət başçısı Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevə həsr etdiyi şeiri səsləndirlib.

Bununla yanaşı, Aybəniz Haşımova mərhum dövlət başçısı ilə fikirlərini səsləndirib, onun sətənçi kimi yetişməsində, özünü təsdiqləməsində və tanıtmasında Heydər Əliyevin birbaşa rolunun və xidmtlərinin olduğunu dilə gətirib.

Bildirib ki, bir ömür boyu Heydər Əliyevə borclu və minnətdardır.

Gecədə, konsert proqramında eyni zamanda, mərhum Heydər Əliyevin çıxışlarından, həyat yolu və fəaliyyətindən bəhs edən fraqmentlər nümayiş etdirilib.

Konsert proqramında ifa edilən mahnılar, nəğmələr həm də gur alqışlarla qarşılanıb.

Sonda isə Aybəniz Haşımova hər kəsə öz minnətdarlığını ifadə edib.