DÇ-2022: Ekvador yığması Qətər millisi üzərində qələbə qazanıb

20-11-2022, 22:12
93

BUGUNBİLDİM.COM 


Bu gün futbol üzrə 2022-ci il Dünya Çempionatının ilk oyunu keçirilib.

Trend xəbər verir ki, ilk matçda Ekvador yığması və turnirə ev sahibliyi edən Qətər millisinin futbolçuları üz-üzə gəliblər.

Oyun Ekvador yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər iki qolu E.Valensiya vurub (16-cı dəqiqə, penalti, və 31-ci dəqiqə).