Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə, “Todor Proeski Milli Arena”da Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. Millimizin əsas hədəfi ili qalib və ya ən azından məğlub olmadan başa vurmaqdır. Oyunu Albaniyadan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi Enea Jorgji olacaq. Ona ədaləti təmsil etməkdə həmyerliləri İlir Tartaraj və Dojando Myftari kömək edəcək. Oyunun dördüncü hakimi Jovan Kachevski olacaq. Artıq komandaların start heyətləri bizlərə məlumdur:
Şimali Makedoniyanın start heyəti:
22. Damyan Şişkovski(GK)
5. Nikola Serafimov
6. Visar Musliu
3. Stefan Aşkovski
13. Stefan Ristovski (GK)
10. Enis Bardhi
16. Boban Nikolov
8. David Babunski
24. Lyupço Doryev
7. Elif Elmas
23. İliya Nestorovski
Şimali Makedoniyanın ehtiyat oyunçuları:
1.Stol Dimitriyevski(GK)
12. Kristiyan Naumovski(GK)
26. İqor Aleksovski
2. Todor Todoroski
4. Kire Ristevski
9. Boyan Miovski
11. Yani Atanasov
14. Darko Velkovski
15. Eqzon Beytulai
17. Valon Ethemi
18. Aqon Elezi
19. Dorian Babunski
20. Stefan Spirovski
21. Martin Mirçevski
25. Boyan Dimoski
Şimali Makedoniya millisinin baş məşqçisi: Blaqoya Milevski
AZƏRBAYCAN millisinin start heyəti:
12. Şahrudin Məhəmmədəliyev(GK)
15. Bəxtiyar Həsənalızadə
4. Bəhlul Mustafazadə
6. Höccət Haqverdi
19. Elvin Cəfərquliyev
8. Emin Mahmudov (C)
20. Riçard Almeyda
22. Aleksey İsayev
11. Ramil Şeydayev
21. Ozan Can Kökçü
24. Musa Qurbanlı
AZƏRBAYCAN millisinin ehtiyat oyunçuları:
1. Emil Balayev (GK)
23. Səlahət Ağayev(GK)
2. Amin Seydiyev
3. Azər Salahlı
5. Cəlal Hüseynov
7. Namik Ələskərov
9. Renat Dadaşov
10. Mahir Emreli
13. Ceyhun Nuriyev
14. Anatoli Nuriyev
16. Elvin Camalov
17. Toral Bayramov
18. Anton Krivotsyuk
25. Rövlan Muradov
26. Qismət Alıyev
AZƏRBAYCAN millisinin baş məşqçisi:Canni De Byazi
Qeyd edək ki, millimiz dörd gün əvvəl Moldavanın paytaxtı Kişnyov şəhərində "Zimbru stadionu"nda Moldova millisinin qonağı olub. Artıq oyunun 28-ci dəqiqəsində Azərbaycan Millisi Emin Mahmodovun qolu ilə hesabı açıb-Moldova-Azərbaycan-0:1. Oyunun 42-ci dəqiqəsində Aleksey İsayev millimizin ikinci topuna imza atıb-Moldova-Azərbaycan-0:2. İlk hissə millimizin 0:2 üstünlüyü ilə başa çatdı.Oyunun 90+2-ci dəqiqəsində Nikita Motspan Moldovanın qoluna imza ataraq hesab arasındakı fərqi azaltdı-Moldova-Azərbaycan-1:2. Ancaq bu qol meydan sahibləri üçün təsəllidən başqa bir şey olmadı və gərgin keçən oyun 1:2 Azərbaycan millisinin xeyrinə başa çatdı.