"Kəpəz" "Turan Tovuz"u qəbul edir-START HEYƏTLƏR

13-11-2022, 13:21
372

BUGUNBİLDİM.COM 


Cümə günü futbol üzrə Azərbaycan Premyerliqasında XIV turuna start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.

İlk olaraq qərb derbisində qədim Gəncə təmsilçisi  "Kəpəz" "Gəncə Şəhər Stadionu"nda "Turan Tovuz"u qəbul edəcək. Keçən tur "Qarabağ" məğlub olan gəncəlilər bu tur qələbə qazanmaq arzusundadır. Keçən tur evdə "Şamaxı"ya məğlub olan "Turan Tovuz" bu tur qərb derbisində üç xal qazanmaqla azərkeşlərinin kölnünü qazanmaq istəyir. Hakim Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Kəpəz"in start heyəti:

68. Orxan Sadıqlı (GK)

8. Tural Axundov (C)

74. Yusif Nəbiyev

70. Nicat Süleymanov

14. Elçin Əlicanov

77. Fərid Nəbiyev

5. Peyman Keşavarzi

40. Ahmed Ayzaya

9. Mate Kvirkviya

7. Giorgi Kantariya

19. Abdullahi Şuaybu

"Kəpəz"in ehtiyat oyunçuları:

12. Kamran İbrahimov(GK)

32. Elvin Yunuszadə

80. Tural Rzayev

37. Ruslan Süleymanov

97. Nicat Məmmədov

20. Mahir Həsənov

44. Nihat Fərəci

66. Arzu Atakişiyev

24. Mixeil Erqemlidze

"Kəpəz"in baş məşqçisi: Tərlan Əhmədov

"Turan Tovuz"un start heyəti:

1. Tərlan Əhmədli (GK)

4. Şəhriyar Əliyev (C)

39. Sadiq Quliyev

7. Ehtiram Şahverdiyev

33. Eltun Turabov

10. Xəyal Nəcəfov

8. Şakir Seyidov

55. Xulu Siyanda

17. Natan Oduva

19. Runi Eva

23. Okebuqvu Henri

"Turan Tovuz"un ehtiyat oyunçuları:

85. Kamal Bayramov(GK)

13. Mehman Hacıyev

3. Tərlan Quliyev

60. Səbayıl Bağırov

22. Famil Camalov

6. Turan Vəlizadə

99. Veysəl Rzayev

21. Abbas Ağazadə

88. Faiq Hacıyev

15. Vüsal Məsimov

9. İmeda Aşortiya

11. Ayxan Quseynov

"Turan Tovuz"un baş məşqçisi: Ayxan Abbasov

Günün və turun sonuncu qarşılaşmasında turun mərkəzi görüşü baş tutacaq. "Bank Respublika Arena"da "Sabah" "Qarabağ"ı qəbul edəcək. "Sabah"ın əsas məqsədi "Qarabağ"ı bu oyunda büdrətməkdir. Avrokuboklarda yaranan fasilədən maksimum istifadə edən "köhlən atlar"da bu oyunda üç xal qazanmaqla xal ehtiyatını artıqmaq istəyir.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XIV cümə günü start verilib. Turun açlış matçında "Şamaxı" "Şamaxı Şəhər Stadionu"nda gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edib.Artıq oyunun 8-ci dəqiqəsində "Şamaxı" Rövşən Muradovun qolu ilə hesabı açıb-"Şamaxı"-"Sumqayıt"-1:0. Oyunun 14-cü dəqiqəsində Vüsal İsgəndərli "Sumqayıt"ın bərabərlik topuna imza atıb-"Şamaxı"-"Sumqayıt"-1:1. Oyunun 33-cü dəqiqəsində Nihad Quliyev "Şamaxı"nın ikinci topuna imza ataraq komandasını yenidən hesabda irəli çıxarıb-"Şamaxı"-"Sumqayıt"-2:1. İlk hissə "Şamaxı"nın 2:1 hesablı üstünlüyü ilə başa çatdı. Oyunun 62-ci dəqiqəsində Kamran Quliyev "Şamaxı"nın ikinci topuna imza atıb-"Şamaxı"-"Sumqayıt"-3:1. Oynun 66-cı dəqiqəsində Kamran Quliyev "Şamaxı"nın üçüncü topuna imza atıb-"Şamaxı"-"Sumqayıt"-4:1.Oyunun 69-cu dəqiqəsində  Rüfət Abdullazadə "Sumqayıt"ın ikinci topuna imza ataraq hesab arasındakı fərqi azaldıb-"Şamaxı"-"Sumqayıt"-4:2. "Sumqayıt"ın bundan artığına gücü çatmadı və gərgin keçən matç 4:2 "Şamaxı"nın xeyrinə sonlandı.

Dünən iki qarşılaşma baş tutub.

İlk öncə  "Zirə" "Zirə İdman Kompleksinin stadionu"nda "Səbail"i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Zirə"-"Səbail"-0:0. Görüşün 73-cü dəqiqəsində "Zirə" Rəhim Sadıxovun qolu ilə hesabı açıb. Bu görüşdə vurulan yeganə qol olub və "Zirə" matçdan 1:0 qalib ayrılıb. 

Günün ikinci qarşılaşmasında "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Qarşılaşmada artıq 24-cü dəqiqəsində "Neftçi" Kenni Sayefin qolu ilə hesabı açıb-"Neftçi"-"Qəbələ"-1:0. İlk hissə "Neftçi"nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 76-cı dəqiqəsində Rəhman Hacıyev "Neftçi"nin ikinci topuna imza atıb-"Neftçi"-"Qəbələ"-2:0. Bu oyunda vurulan son qol oldu və "Neftçi" matçdan 2:0 qalib ayrıldı.