"Zirə" "Səbail"i qəbul edir-START HEYƏTLƏR

12-11-2022, 15:01
328

BUGUNBİLDİM.COM 


Dünən futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.

İlk olaraq "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda "Səbail"i qəbul edəcək. Keçən tur "Qəbələ"yə məğlub olaraq mövqeyini ona təhvil verən "mavi qartallar" bu tur qələbə qazanaraq mövqeyini qaytarmaq istəyir. "Dənizçilər"də səfərdə ən azı məğlub olmamağı düşünəcəklər. Hakim Vüqar Həsənlinin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Zirə"nin start heyəti:

1. Mehdi Cənnətov (GK)

19. Təmkin Xəlilzadə

91. Coşqun Diniyev

10. Rəhim Sadıxov

32. Qismət Alıyev (C)

21. Hacıağa Hacılı

9. Loris Broqno

47. Mohamed Hamdaui

14. Hamidu Keyta

44. Dmitrios Çantakias

5. Moiz Adileu

"Zirə"nin ehtiyat oyunçuları:

41. Anar Nəzirov (GK)

22. Nail Alışov (GK)

15. Ruslan Abışov

77. Mirsayib Abbasov

18. Slavik Alxasov

8. İlkin Muradov

2. Sertan Taşkın

13. Ramin Əhmədov

56. Samir Ağayev

17. Toni Qomes

"Zirə"nin baş məşqçisi: Rəşad Sadıqov

"Səbail"in start heyəti:

1. Emil Balayev (GK) (C)

6. Cabir Əmirli

17. Rafael Məhərrəmli

8. Elmir Tağıyev

55. Nihad Qurbanlı

27. Emil Martinov

11. Qoba Zakpa

30. Franko Mazurek

5. Petro Stasyuk

20. Fakundo Kardozo

4. Maksim Çex

"Səbail"in ehtiyat oyunçuları:

12. Hüseynəli Quliyev (GK)

14. Rahid Əmirquliyev

9. Mirabdulla Abbasov

15. Vüqar Həsənov

72. Emin Zamanov

3. Turan Manafov

77. Ədilxan Qarəhmədov

22. Samir Abdullayev

18. Vüsal Qənbərov

21. Kizito Luvaqa

23. Qustavo de Fransa

"Səbail"in baş məşqçisi: Mahmud Qurbanov

Günün ikinci qarşılaşmasında "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edəcək. Liderlərdən ayrı düşən "ağ-qaralar"ın əsas hədəfi bu oyunda qələbə qazanaraq xal fərqinin böyüməsinə imkan verməməkdir. "Qəbələ" isə keçən tur qazandığı qələbəni bu tur da qazanıb "Neftçi" ilə xal fərqini azaltmaqdır.

Turun digər görüşləri bazar günü keçiriləcək. Bazar günü ilk olaraq qərb derbisində qədim Gəncə təmsilçisi  "Kəpəz" "Gəncə Şəhər Stadionu"nda "Turan Tovuz"u qəbul edəcək. Keçən tur "Qarabağ" məğlub olan gəncəlilər bu tur qələbə qazanmaq arzusundadır. Keçən tur evdə "Şamaxı"ya məğlub olan "Turan Tovuz" bu tur qərb derbisində üç xal qazanmaqla azərkeşlərinin kölnünü qazanmaq istəyir. 

Günün və turun sonuncu qarşılaşmasında turun mərkəzi görüşü baş tutacaq. "Bank Respublika Arena"da "Sabah" "Qarabağ"ı qəbul edəcək. "Sabah"ın əsas məqsədi "Qarabağ"ı bu oyunda büdrətməkdir. Avrokuboklarda yaranan fasilədən maksimum istifadə edən "köhlən atlar"da bu oyunda üç xal qazanmaqla xal ehtiyatını artıqmaq istəyir.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna dünən start verilib. Turun açlış matçında "Şamaxı" "Şamaxı Şəhər Stadionu"nda gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edib.Artıq oyunun 8-ci dəqiqəsində "Şamaxı" Rövşən Muradovun qolu ilə hesabı açıb-"Şamaxı"-"Sumqayıt"-1:0. Oyunun 14-cü dəqiqəsində Vüsal İsgəndərli "Sumqayıt"ın bərabərlik topuna imza atıb-"Şamaxı"-"Sumqayıt"-1:1. Oyunun 33-cü dəqiqəsində Nihad Quliyev "Şamaxı"nın ikinci topuna imza ataraq komandasını yenidən hesabda irəli çıxarıb-"Şamaxı"-"Sumqayıt"-2:1. İlk hissə "Şamaxı"nın 2:1 hesablı üstünlüyü ilə başa çatdı. Oyunun 62-ci dəqiqəsində Kamran Quliyev "Şamaxı"nın ikinci topuna imza atıb-"Şamaxı"-"Sumqayıt"-3:1. Oynun 66-cı dəqiqəsində Kamran Quliyev "Şamaxı"nın üçüncü topuna imza atıb-"Şamaxı"-"Sumqayıt"-4:1.Oyunun 69-cu dəqiqəsində  Rüfət Abdullazadə "Sumqayıt"ın ikinci topuna imza ataraq hesab arasındakı fərqi azaldıb-"Şamaxı"-"Sumqayıt"-4:2. "Sumqayıt"ın bundan artığına gücü çatmadı və gərgin keçən matç 4:2 "Şamaxı"nın xeyrinə sonlandı.