"Neftçi" növbəti xalını itirdi-YENİLƏNİB-5

5-11-2022, 21:27
516

BUGUNBİLDİM.COM 


Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Sumqayıt"-"Neftçi" oyunnu başa çatdı. Gərgin keçən matçda tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular-"Sumqayıt"-"Neftçi"-2:2.

xxx

Oyunun 87-ci dəqiqəsində Ataa Caber "Neftçi"nin ikinci topuna imza ataraq yenidən hesabı bərabərləşdirdi-"Sumqayıt"-"Neftçi"-2:2

xxxx

Oyunun 61-ci dəqiqəsində Murad Xaçayev "Sumqayıt"ın ikinci topuna imza ataraq komandasını yenidən hesabda irəli çıxardı-"Sumqayıt"-"Neftçi"-2:1

xxx

Oyunun 47-ci dəqiqəsində Qodsvey Donyo "Neftçi"nin bərabərlik topuna imza atdı-"Sumqayıt"-"Neftçi"-1:1

xxxxx

"Sumqayıt"-"Neftçi" oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra "Sumqayıt" 1:0 irəlidədir.

xxxx

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib. 

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi  "Sumqayıt" "Kapital Bank Arena"da  "Neftçi"ni qəbul edir.  Vəziyyəti gərgin olan və sonuncu pillədə olan "Sumqayıt" bu oyunda möcüzəvi xal axtarışındadır. "Neftçi" isə dövlər arası fasilənin son oyunlarında mütləq nəticə qazanmaq üçün meydana çıxır.  Hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada artıq oyunun 42-ci dəqiqəsində "Sumqayıt" Riçard Qadzenin qolu ilə hesabı açdı-"Sumqayıt"-"Neftçi"-1:0

Turun digər görüşləri bazar günü keçiriləcək. 

Bazar günü  ilk olaraq "Səbail" "ASCO Arena"da "Sabah"ı qəbul edəcək. "Dənizçilər"in əsas hədəfi ən azı güclü rəqibinə məğlub olmamaqdır. "Sabah" isə audsayderlə oyunda yalnız qalib gəlməyi düşünür.

Günün və turun sonuncu qarşılaşmasında "Qarabağ" "Tofiq Bəhramov adına Respublika Stadionu"nda qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edəcək. UEFA Avropa  Liqasının qrup mərhələsində mübarizəni dayandıraraq UEFA Avropa Konfrans Liqasının 1/16 mərhələsinə vəsiqə qazanan yorğun "Qarabağ" bu oyunda da qələbə qazanmaq istəyir. Keçən tur evdə üç xalı üç qolla əldə edən "Kəpəz" Bakıda ən azı məğlub olmamaq haqqında düşünəcək.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna dünən start verilib. Turun açlış matçında "Turan Tovuz" "Tovuz Şəhər Stadionu"nda "Şamaxı"nı qəbul edib. Artıq oyunun 17-ci dəqiqəsində "Şamaxı" Kamran Quliyevin qolu ilə hesabı açıb-"Turan Tovuz"-"Şamaxı"-0:1. Oyunun 33-cü dəqiqəsində Runi Eva penaltidən "Tovuz Turan"ın bərabərlik topuna imza ataraq hesabı bərabərləşdirib-"Turan Tovuz"-"Şamaxı"-1:1. Oyunun 42-ci dəqiqəsində Rauf Hüseynli "Şamaxı"nın ikinci topuna imza ataraq komandasını yenidən hesabda irəli çıxarıb-"Turan Tovuz"-"Şamaxı"-1:2. İlk hissə "Şamaxı"nın 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 51-ci dəqiqəsində Fuad Bayramov "Şamaxı"nın üçüncü topuna imza atıb-"Turan Tovuz"-"Şamaxı"-1:3. Bu oyunda vurulan son qol olub və "Şamaxı" səfərdə üç xalı vurduğu üç qolun hesabına qazanıb.

Bu gün bir qarşılaşma baş tutub. Bu görüşdən əvvəl "Qəbələ" "Qəbələ Şəhər Stadionu"nda "Zirə"ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Qəbələ"-"Zirə"-0:0. Oyunun 90+3-cü dəqiqəsində "Qəbələ" Ülvi İsgəndərovun qolu ilə hesabı açıb-"Qəbələ"-"Zirə"-1:0. Bu oyunda vurulan son qol olub və "Qəbələ" matçdan 1:0 qalib ayrılıb.