"QARABAĞ"ımız "Frayburq"u qəbul edir-START HEYƏTLƏR

3-11-2022, 21:00
527

BUGUNBİLDİM.COM


Bu gün futbol üzrə UEFA Avropa Liqasının VI turu çərçivəsində "QARABAĞ"ımız "Tofiq Bəhramov adına Respublika Stadionu"nda qrup lideri olan Almaniyanın "Frayburq" klubunu qəbul edəcək."Qarabağ" UEFA Avropa Liqasında qrupdan çıxmaq istəyirsə "Olimpiakos"-"Nant" oyunun nəticəsindən aslı olmayaraq növbəti mərhələyə çıxmaq istəyirsə bu oyunda mütləq qələbə qazanmalıdır. Əgər "Qarabağ" Bakıda məğlub olarsa "Nant"ın da məğlub olması heç-heçə edərsə "Nant"ın qələbə qazanmaması "Qarabağ"a sərf edir. Qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Aleksey Kulbakov olacaq. Ona yan xətt hakimləri qismində Dmitri Juk və Aleh Maslianka köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Dmitry Dmitryiev yerinə yetirəcək. Artıq komandalarımızın start heyətləri bizə məlumdur:

"QARABAĞ"ımızın start heyəti:

1. Şahruddin Məhəmmədəliyev(GK)

81. Kevin Medina

13. Bəhlul Mustafazadə

29. Marko Veşoviç

44. Elvin Cəfərquliyev

7.Riçard Almeyda (C) 

8. Marko Yankoviç

10. Abdullah Zubir

11. Kvabena Ovusu

20. Kadi Borges

77. Ramil Şeydayev

"QARABAĞ"ımızın ehtiyat oyunçuları:

23. Luka Quqeşaşvili(GK)

89. Amin Ramazanov(GK)

2. Qara Qarayev

4. Rahil Məmmədov

5. Maksim Medvedev

6. Julio Romao

18. İsmayıl İbrahimli

22. Musa Qurbanlı

27. Toral Bayramov

30. Abbas Hüseynov

55. Bədavi Hüseynov

90. Nəriman Axundzadə

"QARABAĞ"ımızın baş məşqçisi:  Qurban QURBANOV

"Frayburq"un start heyəti:

21.Noah Atubolu(GK)

2. Uqo Sike

9. Lukas Höler

14. Yannik Kaytel

18. Nils Peterse

20. Kevin Şade

23. Robert Vaqner

25. Kiliann Sildillia

30. Kristian Günter (C)

31. Keven Şlotterbek

33. Noah Veybhaupt

"Frayburq"un ehtiyat oyunçuları:

1. Benyamin Uphoff(GK)

26. Mark Flekken(GK)

3. Filip Linhardt

8. Maksimilian Eggeştayn

17. Lukas Kübler

22. Roland Şallai

27. Nikolas Höfler

28. Mattias Ginter

29. Çon U Yon

32. Vinçentso Qrifo

38. Mixael Qreqoriç

42. Ritsu Doan

"Frayburq"un baş məşqçisi: Kristian Ştrayx

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasına I təsnifat mərhələsindən başlayıb. İlk olaraq ilk oyunu "Poznan Stadionu"nda "Lex"ə qarşı keçirib. Oyunun 41-ci dəqiqəsində "Lex" Mixael İshakın qolu ilə hesabı açıb-"Lex"-"Qarabağ"-1:0. İlk hissə meydan sahiblərinin 1:0 üstünlüyü ilə başa çatıb. İkinci hissədə tərəflərdən heç biri fərqlənə bilməyib və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-"Qarabağ"-"Lex"-1:0.

İyulun 12-də tərəflər Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda cavab qarşılaşmasına çıxıb. Qarşılaşma "Qarabağ" üçün yaxşı başlamayıb. Artıq oyunun 1-ci dəqiqəsində "Lex" Kristofer Veldenin qolu ilə hesabı açaraq hesab arasındakı ümumi fərqi bir qədər də artırıb-"Qarabağ"-Lex"-0:1(0:2). Ancaq bundan sonra "Lex"in fəlakətinin təməli qoyulub. Oyunun 14-cü dəqiqəsində "Qarabağ" Kadinin qolu ilə hesabı bərabərləşdirərək ümumi hesab arasındakı fərqi azaltıb-"Qarabağ"-"Lex"-1:1(1:2). Oyunun 42-ci dəqiqəsində Filp Ozobiç "Qarabağ"ın ikinci topuna imza ataraq bu oyunda komandasını hesabda irəli çıxartdı və ümumi hesabı bərabərləşdirdi - "Qarabağ"-"Lex"-2:1(2:2). İlk hissə "Qarbağ"ın 2:1 ümumi hesabda isə isə bərabər bitti. "Qarabağ"ın qolları ikinci hissədə də davam etdi. Oyunun 56-cı dəqiqəsində Kevin Medina "Qarabağ"ın üçüncü topuna imza ataraq komandasını ümumi hesabda irəli çıxardıb-"Qarabağ"-"Lex"-3:1(3:2). Oyunun 74-cü dəqiqəsində Kadi dubl edərək özünün ikinci "Qarabağ"ın dördüncü topuna imza ataraq komandasını ümumi hesab arasındakı fərqi bir qədər də artırıb-"Qarabağ"-"Lex"-4:1(4:2). Oyunun 77 dəqiqəsində Abbas Hüseynov "Qarabağ"ın beşinci topuna imza ataraq ümumi hesab arasındakı fərqi bir qədər də artırıb-"Qarabağ"-"Lex"-5:1(5:2). Beləcə bu oyunda vurulan son qol olub və "Qarabağ" matçda 5:1 qalib ayrılaraq ümumi hesabda rəqibinə 5:2 qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

İyulun 19-da təmsilçimiz II təsnifat mərhələsinin ilk görüşündə "Tofiq Bəhramov adına Respublika" stadionu"nda İsveçrənin "Sürix" klubunu qəbul etdi. Görüş "Qarabağ" üçün uğurlu başladı. Artıq oyunun 17-ci dəqiqəqsində "Qarabağ" Kadi Borgesin qolu ilə hesabı açdı-"Qarabağ"-"Zürix"-1:0. Oyunun 36 dəqiqəsində İbrahima Vajde "Qarabağ"ın ikinci topuna imza atdı-"Qarabağ"-"Zürix"-2:0. İlk hissə "köhlən atlar"ın 2:0 üstünlüyü ilə başa çatdı. Oyunun 65-ci Lindrid Qambiri dəqiqəsində "Zürix"in qoluna imza ataraq hesab arasındakı fərqi azaltdı-"Qarabağ"-"Zürix"-2:1. Oyunun 66-cı dəqiqəsində İbrahima Vadji özünü ikinci "Qarabağ"ın üçüncü topuna imza ataraq hesab araındakı fərqi yenə arzuolunan vəziyyətə çatdırdı-"Qarabağ"-"Zürix"-3:1.Oyunun 85-ci dəqiqəsində Mirlind Kreyzi penaltidən "Zurix"in ikinci topuna imza ataraq hesab arasındakı fərqi yenidən minimuma endirdi-"Qarabağ"-"Zürix"-3:2. Bu görüşdə sonuncu qol oldu və "Qarabağ" matçdan 3:2 hesablı qələbə ilə ayrıldı.

İyulun 27-də "Qarabağ" İsveçrədə "Letsiqrund" stadionunda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində yenidən "Zürix"lə üz-üzə gəlib. Artıq oyunun 4-cü dəqiqəsində "Sürix" Maksim Medvedevin avtoqolu ilə hesabı açdı.- Bununlada klublar arasındakı ümumi hesabı bərabərləşdirib-"Sürix"-"Qarabağ"-1:0(3:3). İlk hissə 1:0 meydan sahiblərinin xeyrinə ümumi hesab isə bərabər yekunlaşıb-"Zürix"-"Qarabağ"-1:0(3:3). Oyunun 56-cı dəqiqəsində "Qarabağ" Kadinin qolu ilə hesabı bərabərləşdirirək ümümu hesabda "Qarabağ"ı yenə önə keçirib-"Sürix"-"Qarabağ"-1:1(3:4). Ancaq "Qarabağ" özünə sərf edən hesabı oyunun əsas vaxtınına qədər saxlaya bilməyib. Oyunun 90+5 dəqiqəsində İvan Santini "Sürix"in ikinci topuna imza ataraq yenidən komandasını hesabda irəli çıxartdı və ümumi hesabı bərabərləşdirdi-"Sürix"-"Qarabağ"-2:1(4:4). Bundan tərəflər qalibin adını müəyyənləşdirmək üçün daha 30 dəqiqə oynamalı olub. İlk əlavə vaxtda 98-ci dəqiqədə Ovusu Kvebena "Qarabağ"ın ikinci topuna imza ataraq yenidən hesabı bərabərləşdirərək ümumi hesabda komandanı irəli çıxartdı-"Sürix"-"Qarabağ"-2:2(4:5). İlk 15 dəqiqə tərəflər hərəyə iki dəfə fərqlənməsi ilə "Qarabağ"ın ümumi hesabda 4:5 hesabı ilə irəlidə bitib. İkinci 15 dəqiqədə tərəflərdən heç biri fərqlənə bilməyib və "Qarabağ" səfərdə əldə etdiyi 2:2 nəticə ilə ümumi hesabda 4:5 qalib gəlməyi bacarıb.

Avqustun 3-də isə Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Artıq oyunun 17-ci dəqiqəsində "Ferentsvaroş" Frank Bolinin qolu ilə hesabı açıb-"Qarabağ"-"Ferentsvaroş"-0:1. Oyunun 34-cü dəqiqəsində "Qarabağ" Ovusu Kvabenin qolu ilə hesabı bərabərləşdirib-"Qarabağ"-"Ferentsvaroş"-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb. Oyunun ikinci hissəsində qapılara heç bir top vurulmadı və ilk hissənini nəticəsi oyunun nəticəsi oldu-"Qarabağ"-"Ferentsvaroş"-1:1.

Avqustun 9-da isə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Ferentsvaroş" stadionunda Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gəlib. Artıq oyunun 7-ci dəqiqəsində "Qarabağ" Abdullah Zubirin qolu ilə hesabı açaraq komandamızı ümumi hesabda irəli çıxardıb-"Ferentsvaroş"-"Qarabağ"-"0:1(1:2). İlk hissə "Qarabağ"ın oyunda 0:1 ümumi hesabda isə 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində İbrahim Vadji "Qarabağ"ın ikinci topuna imza ataraq ümumi hesabı artırıb-"Ferentsvaroş"-"Qarabağ"-0:2(1:3). Oyunun 78-ci dəqiqəsində İbrahim Vadji dubl edərək özünün ikinci "Qarabağ"ın üçüncü topuna imza ataraq ümumi hesabı bir qədərdə artırıb-"Ferentsvaroş"-"Qarabağ"-0:3(1:3). Oyunun 87-ci dəqiqəsində Adame Troe "Ferentsvaroş"un qoluna imza ataraq hem bu oyunda hemdə ümumi hesab arasındakı fərqi azaldıb -"Ferentsvaroş"-"Qarabağ"-1:3(2:4). Bu oyunda vurulan son qol oldu və "Qarbabağ" matçdan 1:3 qalib gələrək ümumi hesabda 2:4 üstün olmağı bacardı.

Avqustun 17-də isə "Qarabağ" Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində "Viktoriya"nı qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Qarabağ"-"Viktoriya"-0:0.. İkinci hissədə də qol səsi gəlməyib. Beləcə görüş başladığı hesabla bitin-"Qarabağ"-"Viktoriya"-0:0.

"Qarabağ" avqustun 23-də səfərdə "Plzen şəhər stadionunda" UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab qarşılaşması çərçivəsində "Viktoriya" ilə üz-üzə gəlib. Hər şey "Qarabağ" üçün yaxşı başlamışdı. Artıq oyunun 38-ci dəqiqəsində "Qarabağ" Filp Ozobiçin qolu ilə hesabı açıb-"Viktoriya"-"Qarabağ"-0:1(0:1). İlk hissə "Qarabağ"ın həm oyunda həm də ümumi hesabda 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Ancaq ikinci hissədə hadisələrin gedişatı təmsilçimiz üçün əsil kabusu xatırladıb. Əvvəlcə oyunun 58-ci dəqiqəsində Yan Kopiç "Viktoriya"nın bərabərlik topuna imza ataraq həm bu oyunda həmdə ümumi hesabda fərqi bərabərləşdirib- "Viktoriya"-"Qarabağ"-1:1(1:1). Oyunun 73 dəqiqəsində Yan Kliment "Viktoriya"nın ikinci topuna imza ataraq komandasını həm bu oyunda həm də ümumi hesabda irəli çıxartıb-"Viktoriya"-"Qarabağ"-2:1(2:1). Bu oyunda vurulan son qol olub və "Qarabağ" bu həm bu oyunda həm də ümumi hesabda 2:1 məğlub olaraq UEFA Çempionlar Liqası ilə vidalaşaraq yolunu UEFA Avropa Liqasında davam etdirəcək.

Oktyabrın 8-də təmsilçimiz Almaniyada "Wolfswinkel" stadionunda "Frayburq" klubu ilə üz-üzə gəlib. Artıq oyunun 7-ci dəqiqəsində "Frayburq" penaltidən Vinçentso Qrifo qolu ilə hesabı açıb-"Frayburq"-"Qarabağ"-1:0. Oyunun 15-ci dəqiqəsində Ritsu Doan "Frayburq"un ikinci topuna imza atıb-"Frayburq"-"Qarabağ"-2:0. Oyunun 39-cu dəqiqəsində "Qarabağ" Marko Veşoviç qolu ilə hesab arasındakı fərqi azaldıb-"Frayburq"-"Qarabağ"-2:1. İlk hissə "Frayburq"un 2:1 üstünlüyü ilə başa çatdı. Oyunun ikinci hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib və ilk hissəni nəticəsi oyunun nəticəsi olub-"Frayburq"-"Qarabağ"-2:1.

Sentyabrın 15-də isə "Qarabağ" Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda Fransanın "Nant" klubunu qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib. Oyunun 60-cı dəqiqəsində "Qarabağ" Kvebana Ovusunun qolu ilə hesabı açıb-"Qarabağ"-"Nant"-1:0. Oyunun 65-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ın ikinci topuna imza atıb-"Qarabağ"-"Nant"-2:0. Oyunun 72-ci dəqiqəsində Marko Yankoviç "Qarabağ"ın üçüncü topuna imza atıb-"Qarabağ"-"Nant"-3:0. Bu oyunda vurulan son qol oldu və "Qarabağ" üç xalını üç cavabsız topla qazanıb-"Qarabağ"-"Nant"-3:0.

Oktyabrın 6-da  "Qarabağ" "Georgios Karaiskakis" stadionunda səfərdə "Olimpiakos"un qonağı olub. Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Olimpiakos"-"Qarabağ"-0:0. Oyunun 68-ci  dəqiqəsində "Qarabağ" Ovusu Kvabenanın qolu ilə hesabı açıb - "Olimpiakos" - "Qarabağ"-0:1. Oyunun 82-ci dəqiqəsində Marko Veyşoviç "Qarabağ"ın ikinci topuna imza atıb-"Olimpiakos"-"Qarabağ"-0:2.Oyunun 86-cı dəqiqəsində Ramil Şeydayev "Qarabağ"ın üçüncü topuna imza atıb-"Olimpiakos"-"Qarabağ"-0:3. Bu oyuda vurulan son qol oldu və "Qarabağ" səfərdə üç xalı üç cavabsız topla qazandı-"Qarabağ"-"Olimpikos"-0:3.

Oktyabrın 13-də isə "Qarabağ" Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Olimpiakos"u qəbul edib. Oyunun ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Qarabağ"-"Olimpiakos"-0:0. Oyunun ikinci hissəsində azərkeşlərin qolun şahidi ola bilməyib və beləcə görüş başladığı hesabla bitib-"Qarabağ"-"Olimpiakos"-0:0.

Noyabrın 27-sində isə "Qarabağ" səfərdə "Beaujoire" stadionunda Fransanın "Nant" klubunun qonağı oldu. Artıq  oyunun 16-cı dəqiqəsində "Nant" Ludovik Blasın qolu ilə hesabı açıb-"Nant"-"Qarabağ"-1:0. Oyunun ilk hissəsi "Nant"ın 1:0 xeyrinə başa çatdı.  Oyunun 56-cı dəqiqəsində Filipp Ozobiç "Qarabağ"ın bərabərlik topuna imza atıb-"Nant"-"Qarabağ"-1:1. Oyunun 90+5 dəqiqəsində "Nant"ın ikinci topuna imza ataraq yenidən fransızları hesabda irəli çıxartıb-"Nant"-"Qarabağ"-2:1. Beləcə 2:1 məğlub olan "Qarabağ" işini son tura saldı.