"Sabah" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2

2-10-2022, 17:35
229

BUGUNBİLDİM.COM


Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən "Şamaxı"-"Sabah" oyunu başa çatdı. Gərgin keçən matç "Sabah"ın 0:1 hesablı üstünlüyü ilə başa çatdı.

xxxxx

Oyunun 90+1-ci dəqiqəsində "Sabah" Abdullaye Banın qolu ilə hesabı açdı-"Şamaxı"-"Sabah"-0:1

xxxx

Cümə günü Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib. 

Günün ilk qarşılaşmasında "Şamaxı" "Şamaxı Şəhər Stadionu"nda "Sabah"ı qəbul edir. "Şamaxı"nın əsas hədəfi yerli publika önündə güclü rəqibinə müqavimət göstərərək ən azı bir xal qazanmaqdır. "Sabah" isə Şamaxıya yalnız üç xal üçün gəlib. Hakim Tural Qurbanovun idarə etdiyi qarşılaşmada artıq oyunun ilk hissəsi arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-"Şamaxı"-"Sabah"-0:0

Turun və günün sonuncu qarşılaşmasında gənclik şəhər təmsilçisi "Sumqayıt" "Kapital Bank Arena"da qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edəcək. "Sumqayıt"ın əsas hədəfi bu tur ən azı ilk qələbəsini qazanmaqdır. "Kəpəz"də keçən tur əldə etdiyi qələbədən sonra bu turda meydan xal və ya xallarla ayrılmaq istəyir. 

Azərbaycan Premyer Liqasının VIII turuna cümə günü start verilib. 

Cümə günü bir qarşılaşma baş tutub. Günün yeganə qarşılaşmasında  "ASCO Arena"da "Səbail" "Qəbələ"ni qəbul edib. İlk hissənin son dəqiqəsi dənizçilər üçün uğurlu olmayıb. Beləki oyunun 44-cü dəqiqəsində "Səbail"in heyətindən Qustavo De Fransa ikinci sarı vərəqə göstərilərək ikinci hissədə oynamaq şansı verilməyib-"Səbail"-"Qəbələ"-0:0. Oyunun ilk hissəsi başladığı hesabla bitib-"Səbail"-"Qəbələ"-0:0. Oyunun 54-cü dəqiqəsində "Qəbələ" İsnik Aliminin penaltidən qolu ilə hesabı açıb-"Səbail"-"Qəbələ"-0:1. Oyunun 61-ci dəqiqəsində meydan sahibləri Ağabala Ramazanovun qolu ilə hesabı bərabərləşdirdib-"Səbail"-"Qəbələ"-1:1. Oyunun 90-cı dəqiqəsində Ülvi İsgəndərov "Qəbələ"nin iknci topuna imza ataraq komandasını yenidən hesabda irəli çıxarıb. Bu oyunda vurulan son qol olub və "Qəbələ" matçda 1:2 qalib ayrılıb.

Dünən isə iki qarşılaşma baş tutub. "Tovuz Şəhər Stadionu"nda "Turan Tovuz" "Zirə"ni qəbul edib.  Artıq oyunun 27-ci dəqiqəsində Natan Oduvanın qolu ilə "Turan Tovuz" hesabı açıb-"Turan Tovuz"-"Zirə"-1:0. Oyunun 33-cü dəqiqəsində "Zirə" Coşqun Diniyevin qolu ilə hesabı bərabərləşdirib-"Turan Tovuz"-"Zirə"-1:1. Fasiləyə qədər qonaqlar hesabda irəli çıxmağa da nail ola biliblər. Oyunun 40-cı dəqiqəsində Hamidu Keyta "Zirə"nin ikinci topuna imza atarq komandasını yenidən hesabda irəli çıxardıb-"Turan Tovuz"-"Zirə"-1:2. İlk hissə "Zirə"nin 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Hamidu Keyta özünün ikinci "Zirə"nin üçüncü topuna imza atıb-"Turan Tovuz"-"Zirə"-1:3. Bu oyunda vurulan sonuncu qol olub və "Zirə" matçdan 1:3 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında Azərbaycan derbisində "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində "Neftçi" Eddi İsrafilovun qolu ilə hesabı açıb-"Qarabağ"-"Neftçi"-0:1. İlk hissə "ağ-qaralar"ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 56-cı dəqiqəsində Kadi Borges "Qarabağ"ın bərabərlik topuna imza atıb-"Qarabağ"-"Neftçi"-1:1. Oyunun 68-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ın ikinci topuna imza ataraq "Qarabağ"ı hesabda irəli çıxardıb-"Qarabağ"-"Neftçi"-2:1. Oyunun 74-cü dəqiqəsində Kvabena Ovusu "Qarabağ"ın üçüncü topuna imza atıb-"Qarabağ"-"Neftçi"-3:1. Bu görüşdə vurulan son qol olub və "Qarabağ" matçdan 3:1 qalib ayrılıb.