Azərbaycanın daha bir sərbəst güləşçisi İslamiadanın qalibi oldu

10-08-2022, 22:11
174

BUGUNBİLDİM.COM



Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, T.Bayramov iranlı güləşçi Firuzpuur Məhəmmədsadığa 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.