"NEFTÇİ"miz III təsnifat mərhələsində-YENİLƏNİB-5

28-07-2022, 22:57
277

BUGUNBİLDİM.COM


UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi"-"Aris" oyunu başa çatdı. Gərgin keçən oyunda "Neftçi" 3:0 qələbə qazanaraq ümumi hesabda 3:2 üstün olaraq adını növbəti mərhələyə yazdırıb.

xxxx

Oyunun 82-ci dəqiqəsində "Aris Limassol" azqlıqda qaldı. Morqan Brovn qırmızı vərəqə alaraq meydan qovuldu--"Neftçi"-""Aris Limassol"-3:0(3:2)
xxxx
Oyunun 62-ci dəqiqəsində Kenni Sayef "Neftçi"nin üçüncü topuna imza ataraq komandasını ümumi hesabda irəli çıxartdı-"Neftçi"-""Aris Limassol"-3:0(3:2)
xxxx
Oyunun 57-ci dəqiqəsində Eddi İsrafilov "Neftçi"nin ikinci topuna imza ataraq ümumi hesabı bərabərləşdirdi-"Neftçi"-"Aris Limassol"-2:0(2:2)

xxxxx


Futbol üzrə Azərbaycan Çempionatının gümüş mükafatçısı Bakının "Neftçi" klubu UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Bakcell Arena"da Kiprin "Aris Limassol" klubunu qəbul edir. Səfərdə 2:0 məğlub olan təmsilçimiz Bakıda ümumi hesabı bərabərləşdirmək üçün 90 dəqiqə ərzində ən azından iki top üstünlüyə malik olmalıdır. Qonaqlar isə öz meydanlarında qazandığı nəticəni Bakıda qormağa çalışır. Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Bastian Dankertdir. Ona yan xətt hakimləri Yan Zaydel və Eduard Baytinqer kömək edir. Dördüncü hakim funksiyasını Sven Yablonski yerinə yetirir. Artıq oyunun 37-ci dəqiqəsində "Neftçi" Qodsvey Donyonun qolu ilə hesabı açaraq ümumi hesab arasındakı fərqi azaltdı-"Neftçi"-"Aris Limassol"-1:0(2:1)


Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsindən qoşulan "Neftçi" iyulun 21-də səfərdə "AEK Arena"da "Aris Limassol"un qonağı olub. Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Aris Limassol"-"Neftçi"-0:0. Oyunun 53-cü dəqiqəsində "Aris Limassol" Kajunun qolu ilə hesabı açıb-"Aris Limassol"-"Neftçi"-1:0. Oyunun 66-cı dəqiqəsində Artur Yaniq Gomiş "Aris Limassol"un ikinci topuna imza atıb-"Aris Limassol"-"Neftçi"-2:0. Bu oyunda vurulan son qol olub və "Neftçi" səfədən 2:0 məğlubiyyətlə ayrılıb.