"Qarabağ"ın Avropa macərası birdi-YENİLƏNİB-4

24-02-2022, 23:40
227

BUGUNBİLDİM.COM




UEFA Avropa Konfrans Liqasının "play-off" mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Qarabağ" "Marsel" oyunu başa çatdı. Gərgin keçən matçda Fransa təmsilçisi 0:3 ümulikdə isə 1:6 hesabı ilə qalib gəldi.

xxxx


Oyunun 90+2 dəqiqəsində Konrad De La Fuente "Marsel"in üçüncü topuna imza ataraq ümumi hesabı bir qədər də artırdı-"Qarabağ"-"Marsel"-0:3(1:6)

xxxx
Oyunun 77-ci dəqiqəsində Matteo Qenduzi "Marsel"in ikinci topuna imza ataraq ümumi hesabı bir qədər də artırdı-"Qarabağ"-"Marsel"-0:2(1:5)


xxx

"Qarabağ"-"Marsel" oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra "Marsel" 0:1 ümumi hesabda isə 1:4 irəlidədir.

xxxx
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında "play-of" mərhələsinə start verilib. Tarixində ilk dəfə qrup səddini adlayan təmçimiz kimi yadda qalan Ağdamın "Qarabağ" klubu "Tofiq Bəhramov adına Respublika Stadionu"nda Fransanın ən köklü klublarından olan "Marsel"i qəbul edir. Səfərdə 3:1 məğlub olan təmsilçimiz Bakıda möcüzə axtarışındadır. Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Bartoş Frankovskidir. Ona bu işdə həmyerliləri Martsin Bonek və Yakub Vinkler kömək edir. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik icra edir. Artıq oyunun 12-ci dəqiqəsində "Marsel" Pape Qeyenin qolu ilə hesabı açdı-"Qarabağ"-"Marsel"-0:1(1:4)


Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Konfrans Liqasına II təsnifat mərhələsindən qoşulub. Ağdamlılar ilk görüşü Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda keçirib. Oyunun ilk hissəsi tərəflərdən heç biri fərqlənə bilməyib-"Qarabağ"-"Aşdod"-0:0.. İkinci hissə də isə 83-cü dəqiqədə Maksim Medvedev qırmızı vərəqə alaraq meydan qovulub. "Qarabağ"ın az sayda oynaması oyunun nəticəsinə təsir etməyib və görüş başladığı hesabla bitib-"Qarabağ"-"Aşdod"-0:0.

Cavab qarşılaşması İsraildə "Yud-Alef" stadionunda baş tutub. Görüş təmilçimiz üçün uğurlu başlayıb. Oyunun 6-cı dəqiqəsində Flipp Ozobiç hesabı açaraq təmsilçimizi həm bu oyunda həm də ümumi hesabda irəli çıxartıb -"Aşdod"-"Qarabağ"-0:1(0:1). İlk hissədə yalnız bir qol olub-"Aşdod"-"Qarabağ"-0:1(0:1). Bundan sonra oyunda heç bir qol olmayıb və həm bu oyun da həm ümumi hesabda 0:1 hesablı qələbə qazanan "Qarabağ" III təsnifat mərhələsində vəsiqə qazanıb.

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk qarşılaşmada Kiprdə "AEL Arena"da "AEL"in qonağı oldu. Oyunun ilk hissəsi başladığı hesabla bitdi-"Qarabağ"-"AEL"-0:0. Oyunun 69-cu dəqiqəsində "Qarabağ"ın qapısına təyin olunan penaltini Stefan Skepoviç dəqiq yerinə yetirdi- "AEL"-"Qarabağ"-0:1. Oyunun 90+3 dəqiqsəsində "Qarabağ" Abdullah Zubirin qolu ilə hesabı bərabərləşdirdi-"AEL"-"Qarabağ"-1:1. Bundan sonra matçda yaranan insidentlə bağlı fasilə oldu. Sonrada komandalar meydana qayıdaraq mübarizəni davam etdirdilər. Ancaq tərflər ikinci hissədə hərəyə bir dəfə vurduqları qolla kifayyətləndilər.

Tərəflər play-off-a yüksələcək komandanın adına bir həftə sonra Bakıda aydınlıq gətirdi. "Tofiq Bəhramov adına Respublika Stadionu"nda keçirilən oyunun ilk hissəsi başladığı hesabla bitdi-"Qarabağ"-AEL-0:0(1:1) İkinci hissədə oyunun 87-ci dəqiqəsində Kadinin qolu ilə "Qarabağ" hesabı açdı-"Qarabağ"-AEL-1:0(2:1). Qalan dəqiqələr ərzində heç bir qol olmadı və "Qarabağ" bu oyunda 1:0 ümumu hesab da isə 2:1 üstün olaraq play-off-a yüksəldi.

UEFA Avropa Konfrasn Liqasının "play off" mərhələsinin ilk qarşılaşması çərçivəsində "Qarabağ" Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Aberdin"i qəbul edib. Artıq 30-cu oyunun dəqiqəsində "Qarabağ" Xayme Romeronun qolu ilə hesabı açıb-"Qarabağ"-"Aberdin"-1:0. İlk hissə təmsilçimizin 1:0 üstünlüyü ilə başa çatdıb. İkinci hissədə qapılara top vurulmayıb. Beləcə "Qarabağ" Şotlandiya səfərində 1:0 olsa da qələbə ilə yollana bilib.

Avqustun 26-da isə tərəflər çütün qalibinin adına Şotlandiyada "Pittodri Stadionu"nda aydınlıq gətirib. Görüş təmsilçimiz üçün uğurlu başlayıb. Artıq oyunun 8-ci dəqiqəsində "Qarabağ" Tural Bayramovun qolu ilə hesabı açıb-"Aberdin"-"Qarabağ"-0:1(0:2). Meydan sahibləri ilk qolun şokundan ayılmamış oyunun 18-ci dəqiqəsində Kadi "Qarabağ"ın ikinci topuna imza atəb-"Aberdin"-"Qarabağ"-0:2(0:3). İlk hissə "Qarabağ"ın 0:2(0:3) xeyrinə başa çatıb. Oyunun ikinci hissəsində də diqtə edən tərəf "Qarabağ" olub. Oyunun 72-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ın üçüncü topuna imza atdı-"Aberdin"-"Qarabağ"-0:3(0:4). Oyunun 90+2-ci dəqiqəsində Levis Ferquson "Aberdin"in qoluna imza ataraq hesab arasındakı fərqi azaldəb-"Aberdin"-"Qarabağ"-1:3(1:4). Ancaq bu meydan sahibləri üçün təsəlli qolundan başqa bir şey olmayıb. Beləliklə bu oyunda 1:3 qalib gələn "Qarabağ" ümumi nəticədə 1:4 hesabı ilə qalib gələrək adını UEFA Avropa Konfrasn Liqasıın qrup mərhələsinə yazdırıb.

Sentyabrın 16-da UEFA Avropa Konfrans Liqasının I turu çərçivəsində "Qarabağ" Bakıda "Bakı Olimpia Stadionu"nda "Bazel"i qəbul edib. Görüşün ilk hissəsi tərəflər fərqlənə bilməyib-"Qarabağ"-"Bazel"-0:0. Görüşün ikinci hissəsində tərəflər fərqlənə bilmədi-"Qarabağ"-"Bazel"-0:0

Sentyabrın 30-da "Qarabağ" Nikosiyadakı "GSP Stadionun"da Kipr "Omoniya"nın qonağı olub. Artıq oyunun 40 dəqiqəsində "Omoniya" Jan Lejaksın qolu ilə hesabı açıb-"Omoniya"-"Qarabağ"-1:0. İlk hissə "Omoniya"nın üstünlüyü ilə başa çatdı. İkinci hissədə meydanda "Qarabağ" fırtınası əsdi.Oyunun 52-ci dəqiqəsində Kadi "Qarabağ" qolu ilə hesabı bərabərləşdirdi-"Omoniya"-"Qarabağ"-1:1.Oyunun 73-cü dəqiqəsində "Qarabağ"ın ikinci qoluna imza ataraq komanda hesabda irəli çıxartdı -"Omoniya"-"Qarabağ"-1:2. Oyunun 79-cu dəqiqəsində Maksim Medvedev penaltidən "Qarabağ"ın üçüncü topuna imza atdı-"Omoniya"-"Qarabağ"-1:3.Oyunun 90+4 dəqiqəsində Kadi dubl edərək "Qarabağ"ın dördüncü topuna imza atdı-"Omoniya"-"Qarabağ"-1:4. Bu oyunda vurulan son qol oldu. Bu qol sayəsində "Qarabağ" II turu lider başa vurdu.

Oktyabrın 21-də isə "Qarabağ" Bakıda Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Kayrat"ı qəbul edib. Görüş təmisilçimiz üçün uğurlu başlamayıb. Artıq oyunun 19 -cu dəqiqəsində Joze Kantenin penaltidən qolu ilə "Kayrat" hesabı açıb-"Qarabağ"-"Kayrat"-0:1. İlk hissə "Kayrat"ın 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Ancaq oyunun son anlarında "Qarabağ" matçda geri dönüş edə bilib. Oyunun 79-cu dəqiqəsində "Qarabağ" Ramil Şeydayevin qolu ilə hesabı bərabərləşdirdi-"Qarabağ"-"Kayrat"-1:1. Oyunun 90+1 dəqiqəsində Abbas Hüseynov "Qarabağ"ın ikinci topuna imza ataraq komandasını hesabda irəli çıxartdı-"Qarabağ"-"Kayrat"-2:1. Bu oyunda vurulan son qol oldu və "Qarabağ" matçdan 2:1 hesabı ilə qalib ayrıldı. Bu nəticədən sonra "Bazel"lə xallarının bərabər olmasına baxmayaraq bir qol fərqi ilə geri olduğu üçün "Qarabağ" turnir cədvəlinin ikinci pilləsində qərarlaşdı.

Noyabrın 4-də isə Almatıdakı "Ortalık stadionun"da "Qarabağ" Qazaxıstan "Kayrat"ının qonağı olub. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Kayrat-"Qarabağ"-0:0. Oyunun ikinci hissəsi daha maraqlı məcrada keçib. Oyunun 58-ci dəqiqəsində "Qarabağ" İbrahima Vadjinin qolu ilə hesabı açıb-"Kayrat"-"Qarabağ"-0:1. On dəqiqə sonra oyunun 68-ci dəqiqəsində "Kayrat" Joze Kontenin qolu ilə hesabı bərabərləşdirdi-"Kayrat"-"Qarabağ"-1:1.Oyunun 72-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ın ikinci topuna imza ataraq yenidən komandasını hesabda irəli çıxartıb-"Kayrat"-"Qarabağ"-1:2. Bundan sonra oyunda heç bir qol olmayıb və "Qarabağ" "Kayrat" səfərindən 1:2 hesablı qələbə ilə üç xala yiyələnib. Bu üç xalın sayəsində və qrupdakı "Bazel"in xal itirməsinə görə "Qarabağ" həm qrupun vahid lideri olub, həm də 1/32 finala vəsiqəni əvvəldən təmin edib.

Noyabrın 25-də isə "Qarabağ" Bakıda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Omoniya"nı qəbul edib. Artıq oyunun 43 dəqiqəsində "Omoniya" Mikel Durisin penaltidən qolu ilə hesabı açdı-"Qarabağ"-"Omoniya"-0:1. İlk hissə qonaqların 0:1 hesablı üstünlüyü ilə bitib. Oyunun 49-cu dəqiqəsində "Qarabağ" Paris Pstalistin avtoqolu ilə hesabı bərabərləşdirdi-"Qarabağ"-"Omoniya"-1:1. İkinci hissədə "Omoniya" daha bir zərbə aldı. Oyunun 66-cı dəqiqəsində "Omoniya"nın heyətindən Kiko qırmızı vərəqə alaraq meydandan qovuldu-"Qarabağ"-"Omoniya"-1:1. Oyunun 88-ci dəqiqəsində Patrik Andrade "Qarabağ"ın ikinci topuna imza ataraq komandanı hesabda irəli çıxartdı-"Qarabağ"-"Omoniya"-2:1. Hər kəs artıq "Qarabağ" say üstünlü ilə irəlidə olduğu oynda qələbə qazanacağını düşünürkən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev inanılmaz bir xəta edərək qapsını tərk etdi. Şahruddinin çərçivədən çox qabaqda dayandığını görən Jardi Qomez mərkəz xəttindən topu "Qarabağ"ın qoruduğu qapıya göndərərək onların bütün qələbə arzularının üstündən xətt çəkdi. Qalan vaxt ərzində "Qarabağ" heç nə edə bilmədi və gərgin keçən oyunda tərəflər hərəyə iki dəfə fərqlənərək bir xala qane oldular-"Qarabağ"-"Omoniya"-2:2. Bunlada "Qarabağ" qrupdakı ilk pillə üçün mübarizəsini çətinə saldı.

Dekabrın 9-da isə Bazel şəhərində "Sent Yakobs Park"da "Bazel"in qonağı oldu. Artıq oyunun 33-cü dəqiqəsində "Bazel" Artur Kabralın qolu ilə hesabı açdı-"Bazel"-"Qarabağ"-1:0. İlk hissə meydan sahiblərinin 1:0 üstünlüyü ilə başa çatdı. Oyunun 62-ci dəqiqəsində Pajtim Kasami "Bazel"in ikinci topuna imza atdı-"Bazel"-"Qarabağ"-2:0.Oyunun 74-cü dəqiqəsində Artuq Kabral dubl edərək öznünü ikinci və "Bazel"in üçüncü topuna imza atdı-"Bazel"-"Qarabağ"-3:0. Bu oyunda vurulan sonuncu qol oldu və "Bazel" matçdan 3:0 qalib ayrıldı. Məğlubiyyətə baxmayaraq "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə qurup mərhəlsini adlayaraq "play-off" oynamaq şansı qazandı.

Fevralın 17-də isə "Qarabağ" səfərdə "Velodrom" stadionunda Fransa "Marsel"nin qonağı oldu. Artıq oyunun 41-ci dəqiqəsində Arkadiuz Milik "Marsel" qolu ilə hesabı açdı. Oyunun 44-cü dəqiqəsində Milik Arkadiuş dubl edərək özünün və komandasının ikinci topuna imza atdı-"Marsel"-"Qarabağ"-2:0. İlk hissə Fransa təmsilçisinin 0:2 üstünlüyü ilə başa çatdı. Oyunun 85-ci dəqiqəsində "Qarabağ" Kadinin qolu ilə hesab arasındakı fərqi azaltdı-"Marsel"-"Qarabağ"-2:1. Oyunun 90+2-ci dəqiqəsində Dimitri Payet "Marsel"in üçüncü topuna imza atdı-"Marsel"-"Qarabağ"-3:1. Bu oyunda vurulan son qol oldu və "Qarabağ" səfərdə 3:1 məğlub oldu.