Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti Beynəlxalq Miqrasiya Hüququ ilə bağlı birgə təlim keçirdi-FOTOLAR

20-02-2022, 22:10
323

BUGUNBİLDİM.COM



Fevralın 17 və 18 tarixlərində BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə Ukrayna, Belarusiya, Moldova, Gürcüstan, Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Azərbaycan daxil olmaqla 10 region ölkəsinin miqrasiya orqanları və digər dövlət qurumlarının əməkdaşları üçün “Beynəlxalq Miqrasiya Hüququ” (BMH) mövzusunda hibrid təlim keçirdi.
Miqrasiya üzrə Regional Tədris Mərkəzində (RTTM) təşkil olunan və birinci Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində keçirilən 2022-ci il Miqrasiya Həftəsinə həsr olunmuş təlim 2022-ci il Miqrasiya Həftəsinə həsr olunmuş təlim BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevin və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun açılış nitqləri ilə başladı.
Açılış nitqində, Qyorqiyev, region ölkələrinin miqrasiya qurumlarının göstərdiyi xidmətin keyifyyətinin yüksəldilməsi üçün həmin qurumların əməkdaşlarının miqrasiya sahəsində aparıcı mütəxəssislərin Beynəlxalq Miqrasiya Hüququ (BMH) sahəsində mühazirələrində və müzakirələrdə iştirak etmək imkanının yaradılmasının vacibliyini vurğuladı. O, həmçinin, bu təlimin iştirakçı ölkələrin miqrasiya sahəsindəki məlumat, bilik və ən yaxşı təcrübələrini bölüşmək üçün əlverişli bir məkan olduğunu qeyd etdi.
DMX-nin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzuladı. Miqrasiya üzrə Regional Təlim Mərkəzində tədris olunan əsas fənlərdən biri kimi BMH üzrə keçirilən təlimin əhəmiyyətindən danışdı.
Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondunun maliyyələşdirdiyi “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən hibrid təlim BMqT-nin ekspertləri və yerli mütəxəssislər tərəfindən keçirildi. Təlim kursu BMH-nin tarixi, ümumi çərçivəsi, onun əsas alətləri və prinsipləri, miqrantların və dövlətlərin sərhədlərdə hüquq və vəzifələri, Köçkünlük və insan alverinə giriş, Əmək miqrasiyası və əməkçi miqrantların hüquqları, miqrasiya kontekstində uşaqların, qadınların və vətəndaşlığı olmayan şəxslərin hüquqları kimi mövzuları əhatə edirdi.
Təlimin sonunda BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev iştirakçılara sertifikatlar təqdim etdi.
“Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.