"Fənərbağça"ya yüz milyon dollarlıq təklif!

19-01-2016, 02:15
324

"Fənərbağça"ya yüz milyon dollarlıq təklif!Sabiq "Beşiktaş"lı Demba Banın formasını geyindiyi Çin klubu "Shanghai Shenhua"nın prezidenti Brus Zou bu gün baş tutacaq "Eskişehirspor" - "Fənərbağça" matçını stadiondan izləyəcək.

Klub prezidentinin Türkiyə səfəri məqsədli xarakter daşıyır. Belə ki, Çin klubunun prezidenti "sarı laçıvərd"dən Nani, Van Persi və Fernandao üçün 100 milyon dollarından keçməyə hazır olduğu ehtimal edilir. Rəsmi təklif olmasa da, "Fənərbağça" rəhbərliyinin bu təklifi necə cavablandıracağı maraq doğurur.

Digər bir ehtimal isə Çin klubu rəhbərliyinin Türkiyədə klub satın alması ilə bağlıdır. Bu klubun "Eskişehirspor" olma ehtimalı daha yüksəkdir. Azarkeş dəstəyi və yeni tikiləcək stadionla "Eskişehirspor"un Çinlilər üçün ideal klub olacağı söylənilir.

   //goal.az