Zidanın maaşı bəlli oldu

7-01-2016, 10:54
256

Zidanın maaşı bəlli oldu"Real Madrid" komandasının yeni baş məşqçisi təyin edilən Zinəddin Zidanın maaşı məlum olub.

Yeni baş məşqçinin illik əməkhaqqı 2,5 milyon avro (4 milyon 199 min manat) olacaq.

43 yaşlı fransız mütəxəssis 4 yanvarda "Real Madrid” klubunun baş məşqçisi təyin edilib.

Zidanın ilk məşqini 6 min azarkeş canlı olaraq tribunalardan izləyib.

Klub prezidenti Florentino Perezin rəhbərliyi ilə keçirilən fövqəladə toplantıda idarə heyəti təcrübəli baş məşqçi ilə yollarını ayırıb.

Baş məşqçinin ispan klubu ilə müqaviləsi 2018-ci ilə qədər qüvvədə olacaq.

Zinəddin Zidan 1998, 2000, 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu titulunu qazanıb. Fransa yığmasının tərkibində dünya çempionu (1998) və Avropanın (2000) çempionu olub.

Karyerası ərzində, 1988-1992-ci illərdə Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci illərdə İtaliyanın "Yuventus", 2001-2006-cı illərdə isə İspaniyanın "Real Madrid" klublarında çıxış edib.

   //ANS Press