"Borussiya" 1/4 finalda, "Bayer" dayandı

3-02-2021, 17:20
66


Almaniya kubokunda 1/8 final mərhələsinə start verilib.

Nəzər Media.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun 4 matç keçirilib.

Dortmund "Borussiya"sı "Paderborn"a 3:2, "Verder" isə "Qroyter"ə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.

"Bayer" isə aşağı liqa təmsilçisi "Essen"ə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

2 fevral

"Holştayn Kil" - "Darmştadt" - 1:1 (penaltilər - 7:6)
Qollar: Serra, 58 - Dursun, 86

"Essen" - "Bayer" - 2:1
Qollar: Kefkir, 108, Engelmann, 117 - Leon, 105

"Borussiya" (Dortmund) - "Paderborn" - 3:2
Qollar: Can, 6, Sanço, 18, Holand, 95 - Justvan, 79, Ovusu, 90+7

"Verder" - "Qroyter" - 2:0
Qollar: Moehval, 12, Agu, 73