Ronaldudan 3 yaşlı fanatına sürpriz

23-12-2015, 11:00
264

Ronaldudan 3 yaşlı fanatına sürpriz "Real"ın futbolçusu Kriştianu Ronaldu 3 yaşlı livanlı fanatı Heydər Mustafa ilə görüşüb.

H.Mustafa valideynlərini Beyrutda terror aktı zamanı itirib.

Bir müddət əvvəl livanlı jurnalist Rana Harbi #CristianoMeetHaidar (Kriştianu Haydarla görüşəcək) haştaqını paylaşıb. Bu haştaq qısa zaman ərzində sosial şəbəkələrdə xeyli paylaşılıb.

Daha sonra Ronaldunun nümayəndələri livanlı jurnalistlə əlaqə yaradıb, portuqaliyalı ulduzun azyaşlı ilə görüşü barədə razılaşıblar.

   //qafqazinfo