"Yuventus"un futbolçusu "Barselona" və "Real"ın maraq dairəsindədir

10-12-2015, 15:30
299

"Yuventus"un futbolçusu "Barselona" və "Real"ın maraq dairəsindədir"Yuventus"un futbolçusu Paulo Dibala "Barselona" və "Real"ın maraq dairəsindədir. Hər iki komandanın skautları Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Ramon Sançez Pishuan" stadionunda keçirilən "Sevilya" - "Yuventus" oyununda onu izləyiblər. Turin klubu yayda forvard üçün "Palermo"ya 32 milyon avro ödəmişdi. Bundan başqa siciliyalılar daha 8 milyon avro bonus şəklində ala bilər. Dibala bu mövsüm İtaliya A Seriyasının 14 turunda 7 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

   //Goal.az