Azərbaycanın "Kobra"sı döyüşdə

5-12-2015, 10:11
331

Azərbaycanın "Kobra"sı döyüşdə Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxıb.

Hollandiya paytaxtı Amsterdamda baş tutan döyüşdə "Kobra" ləqəbli idmançımız mərakeşli Aziz Kallahla üz-üzə gələcək.

Döyüş 23:00-da start götürüb və Rusiyanın "Боец" telekanalı vasitəsilə canlı yayımlanır.

Qeyd edək ki, "Qəbələ” İK-nun idmançısı olan Pərviz Abdullayev 5 qat dünya çempionudur. Pərviz 44 peşəkar döyüş keçirib və onlardan 40-da qalib gəlib.

   //ANS Press