"Qəbələ" daha bir Yunanıstan səfərindən xalla dönür

27-11-2015, 12:27
264

"Qəbələ" daha bir Yunanıstan səfərindən xalla dönürAvropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qəbələ" V tur qarşılaşmalarında səfərdə Yunanıstan PAOK-unun qonağı oldu.

PAOK-la görüş "qırmızı-qaralar" üçün böyük əhəmiyyət daşıyırdı. Hələ də növbəti mərhələ şansı qalan Roman Qriqorçukun başçılıq etdiyi komanda səfərdə mütləq PAOK üzərində qələbə qazanmalı idi. Almaniyanın "Borussia" və Rusiyanın "Krasnodar" komandalarının görüşündə Dortmund təmsilçisi qələbə qazanarsa, "qırmızı-qaralar" qrup üçüncüsü olacaqdı. Sonuncu turda isə Bakıda ikinci pillənin sahibi "Krasnodar"a hətta minimal hesabla qalib gəlməklə, qrup ikincisi kimi mərhələ adlamaq olar. Amma hazırda komandanın qarşısındakı hədəf Saloniki təmsilçisini məğlub etmək idi.

Bu "Qəbələ" üçün asan olmayacaqdı. Fakundo Pereyra və Dodonun yoxluğu, üstəlik, Dmitri Bezotosnı, Sergey Zenyov və Ermin Zetsin zədədən yeni qayıtmaları Qriqorçukun işini çətinləşdirirdi. Digər məqam isə azarkeşlərlə bağlı idi. Yunanıstanlı fanatlar komandalarını çılğın şəkildə dəstəkləyirlər və bu da qonaqların oyununa təsirsiz ötüşməyəcəkdi.

Avropa Liqası
Qrup mərhələsi, V tur
27 noyabr

C qrupu
00:05. PAOK (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 0:0
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Henrik Larsen, Lars Riks
Dördüncü hakim: Lars Hummelqard
Əlavə köməkçi-hakimlər: Mads-Kristoffer Kristoffersen, Peter Kyesqard-Andersen (hamısı Danimarka)
Hakim-inspektor: Uilyam Yanqa (Şotlandiya)
UEFA nümayəndəsi: Kris Bellon (Belçika)
Saloniki. "Tumba" stadionu

   //goal.az