"Sabah"da haitili hücumçu

13-08-2019, 11:15
143


"Sabah" baxışa yeni futbolçu dəvət edib.

Haitili hücumçu Endi Faustin komandanın düşərgəsindədir.

22 yaşlı futbolçu ötən gün birinci divizion təmsilçisi MOİK-lə yoxlama oyununda meydana çıxıb. O, "Sabah"ın 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə qol vurmağı da bacarıb.

Qeyd edək ki, Faustin son olaraq Belçikanın "Sulte Varegem" klubunda çıxış edib.

//Qol.az