"Monako"da yeni hücumçu

13-08-2019, 10:58
166


"Monako" "Everton"un futbolçusu Henri Onyekurunu transfer edib.

22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Fransa mətbuatı bu transfer üçün knyazlıq təmsilçisinin 13.5 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, H.Onyekuru ötən mövsüm icarə əsasında "Qalatasaray"da oynayıb.

//qol.az