Mahir Emrelini transfer etmək istəyən İspaniya klublarının adı açıqlandı

31-07-2019, 15:29
301


"Qarabağ"ın futbolçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyən İspaniya klublarının adları bəlli olub.

Bunlar səviyyəcə ikinci liqada çıxış edən "Estremadura" və "Malaga" kollektivləridir.

22 yaşlı hücumçunun karyerasını İspaniyada davam etdirməyə çox yaxın olduğu bildirilib. "Estremadura"nın Azərbaycan millisinin futbolçusu üçün Ağdam təmsilçisinə rəsmi təklif göndərdiyi də vurğulanıb.

"Malaga" oyunçunu heyətinə cəlb etmək istəsə də, klubun üzləşdiyi maddi problemlər bu keçidi çətinləşdirir.

//goal.az