"Yuventus"un futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqası ilə bağlı açıqlama verib.
"Qoca sinyora"nın növbəti mövsüm üçün turnirdəki şanslarını dəyərləndirən hücumçu bunları deyib:
"Bu il "Yuventus"un ili ola bilərmi? Hər il "Yuventus"un, "Barselona"nın və ya "Real"ın ili ola bilər, amma Çempionlar Liqasını, sadəcə, bir komanda qazanır. Məsələn, "Barselona" son 5 ildə futbolçulara çox pul xərclədi, amma Çempionlar Liqasını qazana bilmədi. Pul belə məsələləri həll etmir.
"Yuventus" çox inkişaf edib. Hər zaman olduğu kimi, yenə də bu turnirdə qalib gəlmək üçün mübarizə aparacağıq. Amma bu, bir çox amillərdən asılıdır, pley-off-dakı cütlüklərdən, qrupların tərkibindən, zədələrdən, şansdan və s. Ancaq hər zaman dediyim kimi, biz Çempionlar Liqası üçün həyəcanlanmırıq. "Yuventus" bunu qazanacaq, bu il olmasa da, yaxın bir-iki ildə. Bu, bizim çalışmağımızdan, işə münasibətimizdən də aydın olur. "Yuventus" Çempionlar Liqasını qazanmaq üçün hər şeyə sahibdir".
//Goal.az
Günün qoroskopu: Hisslər burulğanına düşməyin
Tənhalıqdan qorxursansa, bunlara diqqət et!
17 yaşlı oğlan özündən kiçik qızla görüşdü: "Evdə heç kəs yox idi..." - ŞOK CİNAYƏT
Sumqayıtda dəhşət: Əri ölən qadın qonşuların oğlanları ilə... - Şok təfərrüat
"Şahdağ"da əyləncəli “Red Bull Qaçaqaç” turniri yekunlaşdı
"Neftçi" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3
Zirədə qalib müəyyənləşmədi-YENİLƏNİB-5
"Neftçi" "Sumqayıt"ı qəbul edir-START HEYƏTLƏR
"Zirə" "Qəbələ"ni qəbul edəcək-START HEYƏTLƏR
Pərviz Müşərrəf vəfat etdi
Sumqayıtda vəkil özünü asdı
Türkiyədə Təhsil
İngilis dili kursu
Məktəblilər üçün ÖZƏL DƏRS proqramlarımız
Türkiyədə Təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Türk dili dərslərimizə qeydiyyat davam edir
AVROPADA TƏHSİL ARZULAYANLARIN NƏZƏRİNƏ
İngilis dili baryerini bizimlə aradan qaldırın
Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu - VİDEO
Özünü polis kimi təqdim etdi, qızı çöllüyə apardı: "Arxın içində..." - Gəncədə şok