“Roma” baş məşqçisi ilə müqaviləni yenilədi

19-06-2018, 16:22
226


İtaliyanın "Roma" klubu baş məşqçi Eusebio Di Françesko ilə bağlı qərar verib.

Paytaxt təmsilçisi 48 yaşlı mütəxəssisi postundan saxlamağa qərar verib. Di Françesko "canavarlar"la yeni müqaviləyə imza atıb. Paytaxt klubununun rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi ilə yeni müqavilənin müddəti 2020-ci ilin 30 iyununa kimi davam edəcək.

Di Françesko "Roma"nı ötən mövsümün əvvəlindən çalışdırır. Onun rəhbərliyi altında komanda geridə qalan mövsümdə A Seriyasında üçüncü oldu, UEFA Çempionlar Liqasında isə yarımfinala qədər yüksəldi.

//komanda.az