Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək

19-06-2018, 10:22
164


Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün ilk tura yekun vurulacaq.

H qrupunda iki oyun keçiriləcək.

Əvvəlcə meydana Kolumbiya və Yaponiya milliləri çıxacaq.

Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşacaq

A qrupunda isə 2-ci tura start veriləcək. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşacaq. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması Uruqvaya uduzub - 0:1


19 iyun

DÇ-2018

H qrupu

1-ci tur

16:00. Kolumbiya - Yaponiya
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair).

19:00. Polşa - Seneqal
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri, Əbdülrəhman Əl Yassim (hər ikisi Qətər).

1.Polşa00000:00
2.Kolumbiya00000:00
3.Seneqal00000:00
4.Yaponiya00000:00
 
A qrupu

2-ci tur
22:00. Rusiya - Misir
Hakimlər
: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).


1.Rusiya11005:03
2.Uruqvay11001:03
3.Misir10010:10
4.Səudiyyə Ərəbistanı10010:50


//Modern.az