Useyn Bolt futbolçu olmaq sevdasından əl çəkmir

31-05-2018, 16:45
559


Futbolçu olmaq istəyən Useyn Bolt özünə yeni komanda tapıb.

Dünya şöhrətli yüngül atlet Norveç klubu "Stromsqodset"in düşərgəsində məşq edir.

Bu barədə klubun Tvitter səhifəsi xəbər yayıb. Bildirilib ki, yamaykalı atlet "Stromsqodset"in əsas və gənc komandaları arasında yoldaşlıq görüşündə meydana çıxa bilər. O, 100 metr məsafəyə qaçışda qırdığı dünya rekordunun (9.58 saniyə) şərəfinə 9.58 nömrəli futbolka ilə oynayacaq.

Qeyd edək ki, tez-tez peşəkar futbolçu olmaq istədiyini dilə gətirən Bolt daha əvvəl "Borussiya D." və CAR təmsilçisi "Mamelodi Saundaunz"un heyətində məşqə çıxmışdı.

//apasport.az