"Qarabağ"ın Avropa Liqasındakı rəqibi qalib gəldi

3-11-2015, 11:55
262

 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi qalib gəldiİngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində Londonun "Tottenhem" klubu öz meydanında "Aston Villa"nı qəbul edib.

Oyun "Uayt Hart Leyn" stadionunda baş tutub.

Matça gəlincə, oyunda hesab artıq 3-cü dəqiqədə açılıb. Beləki, Mussa Dembele Denni Rouzun ötürməsini qola çevirərək, "Tottenhem"i hesabda önə keçirib. Londonlu azarkeşlər bir daha matçın 45-ci dəqiqəsində vurulan qola seviniblər. Dele Alli "Aston Villa"nın müdafiəçilərinin səhfindən maksimum yararlanıb.

Buraxılmış qoldan sonra irəli atılan "Aston Villa"lı futbolçular qol istəklərinə 79-cu dəqiqədə çatıblar. Cordan Ayu adını tabloya yazdırıb. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Harri Keyn qoyub. Keyn Erik Lamelanın ideal ötürməsini qola çəvirib. Beləliklə, Avropa Liqasında "Qarabağ"la bir qrupda yer alan "Tottenhem" klubu "Aston Villa"nı 3:1 hesabı ilə məğlub edib.

Ötən tur "Tottenhem" klubu "Bornmut"un qonağı olub. Oyun London klubunun 5:1 hesablı qələbəsi ilə nəticələnib. "Aston Villa" isə öz meydanında "Suonsi"ni qəbul edib. Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

   //ANS Press