Maskerano Zanettinin rekorduna yaxınlaşır

28-03-2018, 13:32
162


"Hebey Çayna Fortun" klubunun yarımmüdafiəçisi Xavyer Maskerano Argentina millisində rekorda yaxındır.

Təcrübəli futbolçu İspaniya ilə yoldaşlıq görüşündə meydana çıxsa, adaşı Zanettinin rekorduna yaxınlaşacaq.

"İnter"in sabiq futbolçusu millidə 143 oyun keçirib. Maskeranonun aktivində isə "albiceleste" forması ilə 141 oyun var.

//Goal.az