"Mançester Yunayted"in 32 milyonluq ulduzu Super Liqa yolunda

7-02-2018, 18:18
175


Qış fasiləsində Vaqner Lavı heyətinə qatan "Beşiktaş" yaya indidən hazırlaşır.

İstanbul klubunun yay transfer döründə dünya səviyyəli ulduz transfer etmək istədiyi iddia olunur.

İddialara görə, əsas hədəf "Mançester Yunayted"in ulduzu Marouane Fellainidi. Hətta "Beşiktaş" rəhbərliyinin artıq onunla danışıqlara başladığı, klub rəsmilərindən Şafak Mahmutyazıçıoğlunun futbolçunun meneceri Kərim Meccati ilə görüşdüyü deyilir.

İngiltərə mediası da bir çox klubun istədiyi Fellaini transferində "Beşiktaş"ın daha şanslı olduğunu yazıb. Həmçinin bildirilir ki, 30 yaşlı belçikalı yarımmüdafiəçi "Mançester Yunayted"in yeni müqavilə təklifini rədd edib.

Qeyd edək ki, "Mançester Yunayted" Fellainini 2013-cü ildə "Everton"dan 32,4 milyon avroya alıb. O, cari mövsümdə 16 rəsmi oyuna çıxaaq 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

//Fanat.az