PSJ prezdentindən La Liqa rəhbərinə cavab

31-10-2017, 21:23
240


İspaniya La Liqasının prezidenti Xavyer Tebas oktyabrın 29-da UEFA-ya 44 səhifədən ibarət hesabat təqdim edib. O, "Financial fair play" qaydalarını pozduğuna görə "Mançester Siti" və PSJ klublarını Çempionlar Liqasından kənarlaşdırmağı təklif edib.

"Klubun gəlirləri birbaşa və dolayı yolla Qətərlə bağlıdır. PSJ maliyyə baxımından hər kəsi aldatmaqda davam edir" - Tebas demişdi.

Paris klubunun prezidenti Naser əl-Xəlaifi tərəfindən onun ittihamlarına reaksiya gecikməyib.

"Cənab Tebas hər yalan bəyanatına və ünvamımıza səsləndirilən əsassız ittihamlarına cavab verməyə hazırlaşmırıq. O, medianı manlipulyasiya etməyə çalışır. Tebas PSJ-nin ambisiyalı layihəsinə ləkə yaxmaq istəyir. Liqa 1-ə dünyanın ən yaxşı 3 futbolçusundan birinin gəlməsi və bizim Fransa futbolunun gələcəyi Mbappeni transfer etməyimiz onları nrahat edir. Xavyer Tebas 2016/17 mövsümündə PSJ-nin ideal həyata keçirilən maliyyə fəaliyyətini eşələməkdənsə, ispan futbolunun həllini gözləyən əsas problemlərinə diqqət yetirməlidir. Onunla müzakirə aparmaq niyyətimiz yoxdur" - qətərli funksioner qeyd edib.

//Goal.az