Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli açıqlanıb

31-10-2017, 21:11
244


Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyun cədvəli açıqlanıb.

Nəzər Media.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həftənin matçları 2 günü əhatə edəcək. Bütün görüşlər "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Turun açılış oyunu Qəbələdə, son qarşılaşma isə Zirədə olacaq.

Azərbaycan Premyer Liqası XI tur
4 noyabr (şənbə)
16:00. "Qəbələ" - "Səbail"
Qəbələ şəhər stadionu
18:00. "Sumqayıt" - "Keşlə"
"Kapital Bank" Arena

5 noyabr (bazar)
15:00. "Kəpəz" - "Qarabağ"
Gəncə şəhər stadionu
17:00. "Zirə" - "Neftçi"
Zirə İdman Kompleksinin stadionu

//Nəzər Media.az